Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Royal Aliyev
  • Avropanın ən yaşıl paytaxtına xoş gəldiniz!
    Royal Aliyev
  • 625 Baxış
  • 25.07.2023
  • 2 dəq oxuma

Avropanın ən yaşıl paytaxtına xoş gəldiniz!

SLOVENİYA - mənəvi komfortun ölkəsi

Avropanın ən yaşıl paytaxtına xoş gəldiniz!

🇸🇮 Sloveniyadan salamlar 🇸🇮

Sezonu Alp ölkələrindən biri olan Sloveniya ilə açmağa qərar verdim və hazırda Sloveniyanı gəzirəm. Hissə-hissə paylaşımlar edəcəm. Əvvəl başlayaq Avropanın ən yaşıl paytaxtı - Ljubliana şəhərindən. Fotolar açıq-aşkar danışır, çox sözə gərək yoxdur. Sloveniyaya gəlməyin ən rahat yolu bildiyiniz kimi ölkəmizdən Budapeştə təyyarə ilə gəlib, ordanda avtobusla Sloveniyaya - Maribor, Ljublana və s. gəlməkdir. Yolculuq 6 saat çəkir təxminən Ljubliana-ya. Bir şəhərdə kofe ucuz olduqda, nəsə o şəhər məni çəkir, eləbilirə orda hərşey ucuzdur 😁

Əslində şəhərdə görməli xüsusi birşey yoxdur, özündə hər hansı birşeyi simvolizə etmir. Ljublana kanalı boyu Old Town-u gəzmək nəyə desəz bərabərdir. Şəhərin ruhu o qədər canayaxın və mehribandır ki, oturub seyr etməyirsən ətrafı, insanları və Ljubliana kanalını. Bu kanalın kənarında sadə üslubda kafe, restoranlar var. Orada oturub qəhvə və pivə yudumlayaraq, həqiqətə zövq anlayışını daha da yaxından qavraya bilərsiz 😉 Həqiqətən fauna insanın yaşam tərzinə çox böyük təsir edir, sanki, təbiətin lirik və poetik xarakteri insanlara aşılanıb. Üzlərdəki rahatlıq və fərahlıq hissi....

Burada kilsədən keçən kimi kanal boyu kafeələr başlayır, deməli, Krasovice adlı kafe var, ora mənə çox xoş gəldi, qiymətlərdə kifayət qədər yaxşıdır, kofe 1.5-3 euro arası, salat falan 8 euro. Onun yanında "take away" un məmulatları var, çooox dadlı börekleri var, qiymət 2-4 euro. Tövsiyyə edirəm. Körpülər olduqca çoxdur burda lakin elə də böyük həcmli deyil, İstanbul ağıla gəlməsin yəni 🙂

🏨 Deməli, qaldığım yer barədə məlumat verim.

🏡 Simbol rooms hostel - 13.50 euro / 1 gecə

Şəhərin mərkəzindən 1.5 km aralıda yerləşir. Lakin Ljublananın bu zonasını sevdiyim üçün buradan tutdum hosteli, kontingenti çox xoşuma gəlir. Həyət evləridir.

Hostelin mənə görə müsbət tərəfləri:

- Çox rahat və fərah bir foyesi var, birbaşa həyəti görürsüz, şüşəbənddir divar əvəzi. Rahat parkingi var. Otaqdan həyətə əlavə qapı var. Birdə salona getməyə ehtiyac yoxdur yəni. Qiymətidə münasib.

- Mənfi tərəfi:

WC və duş kabin otağın daxilindədir. Foyedə də var amma.

Sabah İtaliyanın Trieste şəhərinə gedəcəm. Ondan sonra səyahətin əsas nöqtələri - Bled və Bohinj gölləri.

Səyahət xərclərimi bölüşmək istərdim:

🏷 All inclusive - 433 AZN (230 Euro) 💰

️✅️ Nəqliyyatlar:

WizzAir: Baku – Budapest – Baku | 72 euro

Flixbus: Budapest – Ljublana – Budapest | 32 euro

Flixbus: Ljublana – Triest (İtaliya) – Ljublana | 20 euro

Local train-bus: Ljublana – Bled – Bohinj – Ljublana | təxminən 13 euro

✅️ Qonaqlama:

Hostel: 2 gece / Ljublana (Sloveniya) | 26.50 + 6 euro city tax

Hostel: 2 gece / Bled gölü (Sloveniya) | 45 euro

Hostel: 1 gece / Bohinj gölü (Sloveniya) | 20 euro

Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images

Digər məqalələr

Hər şeyi geridə qoy və əylən!

Hər şeyi geridə qoy və əylən!

  • 390 Baxış
  • 07.08.2024
  • 2 dəq oxuma
Fərqli həyatları tanımaq sizin həyatınızı asanlaşdıracaq ...
Hər kəs
Daha çox
Səyahətə yeni başlayanlar

Səyahətə yeni başlayanlar

  • 648 Baxış
  • 29.07.2023
  • 4 dəq oxuma
✍️ Səyahətə yeni başlayanlar və zövqlə gəzərək xatirələr yaradacaq səyahətlərə üstünlük verənlər üçün tövsiyyə 🏖 ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.