Sloveniyadan salamlar
Sezonu Alp ölkələrindən biri olan Sloveniya ilə açmağa qərar verdim və hazırda Sloveniyanı gəzirəm. Hissə-hissə paylaşımlar edəcəm. Əvvəl başlayaq Avropanın ən yaşıl paytaxtı - Ljubliana şəhərindən. Fotolar açıq-aşkar danışır, çox sözə gərək yoxdur. Sloveniyaya gəlməyin ən rahat yolu bildiyiniz kimi ölkəmizdən Budapeştə təyyarə ilə gəlib, ordanda avtobusla Sloveniyaya - Maribor, Ljublana və s. gəlməkdir. Yolculuq 6 saat çəkir təxminən Ljubliana-ya. Bir şəhərdə kofe ucuz olduqda, nəsə o şəhər məni çəkir, eləbilirə orda hərşey ucuzdur
Əslində şəhərdə görməli xüsusi birşey yoxdur, özündə hər hansı birşeyi simvolizə etmir. Ljublana kanalı boyu Old Town-u gəzmək nəyə desəz bərabərdir. Şəhərin ruhu o qədər canayaxın və mehribandır ki, oturub seyr etməyirsən ətrafı, insanları və Ljubliana kanalını. Bu kanalın kənarında sadə üslubda kafe, restoranlar var. Orada oturub qəhvə və pivə yudumlayaraq, həqiqətə zövq anlayışını daha da yaxından qavraya bilərsiz Həqiqətən fauna insanın yaşam tərzinə çox böyük təsir edir, sanki, təbiətin lirik və poetik xarakteri insanlara aşılanıb. Üzlərdəki rahatlıq və fərahlıq hissi....
Burada kilsədən keçən kimi kanal boyu kafeələr başlayır, deməli, Krasovice adlı kafe var, ora mənə çox xoş gəldi, qiymətlərdə kifayət qədər yaxşıdır, kofe 1.5-3 euro arası, salat falan 8 euro. Onun yanında "take away" un məmulatları var, çooox dadlı börekleri var, qiymət 2-4 euro. Tövsiyyə edirəm. Körpülər olduqca çoxdur burda lakin elə də böyük həcmli deyil, İstanbul ağıla gəlməsin yəni
Deməli, qaldığım yer barədə məlumat verim.
Simbol rooms hostel - 13.50 euro / 1 gecə
Şəhərin mərkəzindən 1.5 km aralıda yerləşir. Lakin Ljublananın bu zonasını sevdiyim üçün buradan tutdum hosteli, kontingenti çox xoşuma gəlir. Həyət evləridir.
Hostelin mənə görə müsbət tərəfləri:
- Çox rahat və fərah bir foyesi var, birbaşa həyəti görürsüz, şüşəbənddir divar əvəzi. Rahat parkingi var. Otaqdan həyətə əlavə qapı var. Birdə salona getməyə ehtiyac yoxdur yəni. Qiymətidə münasib.
- Mənfi tərəfi:
WC və duş kabin otağın daxilindədir. Foyedə də var amma.
Sabah İtaliyanın Trieste şəhərinə gedəcəm. Ondan sonra səyahətin əsas nöqtələri - Bled və Bohinj gölləri.
Səyahət xərclərimi bölüşmək istərdim:
All inclusive - 433 AZN (230 Euro)
️ Nəqliyyatlar:
WizzAir: Baku – Budapest – Baku | 72 euro
Flixbus: Budapest – Ljublana – Budapest | 32 euro
Flixbus: Ljublana – Triest (İtaliya) – Ljublana | 20 euro
Local train-bus: Ljublana – Bled – Bohinj – Ljublana | təxminən 13 euro
Qonaqlama:
Hostel: 2 gece / Ljublana (Sloveniya) | 26.50 + 6 euro city tax
Hostel: 2 gece / Bled gölü (Sloveniya) | 45 euro
Hostel: 1 gece / Bohinj gölü (Sloveniya) | 20 euro