Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Royal Aliyev
  • Səyahətə yeni başlayanlar
    Royal Aliyev
  • 648 Baxış
  • 29.07.2023
  • 4 dəq oxuma

Səyahətə yeni başlayanlar

✍️ Səyahətə yeni başlayanlar və zövqlə gəzərək xatirələr yaradacaq səyahətlərə üstünlük verənlər üçün tövsiyyə 🏖

Səyahətə yeni başlayanlar

✍️ Səyahətə yeni başlayanlar və zövqlə gəzərək xatirələr yaradacaq səyahətlərə üstünlük verənlər üçün tövsiyyə 🏖

✅️ Vacib bir məsələyə toxunmaq istəyirəm.

Lakin bu adamına görə dəyişir. Mən özümə borc bilirəm ki, bir səyahətpərəst və ya gəzib - kəşf etmək aşiqi olan biri kimi bəzi vacib nüansları səyahətə yeni başlayanların və ya səyahətdən zövq almağı həqiqətən istəyən insanlarla paylaşım.

- Baxın, əvvəla səfirlik, viza və s. bürokratik məsələlərdən çəkinməyin. Sizin şəxsi həyatınıza qarışacaq və ya sizi imtahandan kəsəcək bir qurum və ya orqan deyil, heç kim sizə hər hansı bir mənfi obraz tətbiq etmir. Sənədləriniz qaydasında olacaq və maddi vəziyyətiniz imkan verəcək, ona uyğunda nəticə olacaq. Bu barədə daha geniş yazı yazmışam 2 il əvcəl (pin olunub). Yəni kimlərinsə sizin gözünüzdə viza prosedurunu şişirtməyə yol verməyin!

- Əgər həqiqətən gəzmək istəyirsizsə, "1001 gecə 1000 ölkə" anlayışından uzaqlaşın. Həqiqətən gəzib, zövq almaq istəyirsizsə, əvvəla götür-qoy edin ki, sizin gedəcəyiniz yerdən gözləntiləriniz nələrdir. Əgər ilk dəfə üçün gedirsizsə belə, yenə də araşdırıb özünüzü tapmalısız orada. İnternet üzərindən araşıdırın baxın nələr var, nəyə gedirəm mən bu ölkəyə, mənə nələr bəxş edəcək. Yalandan ad olsun deyə gəzənlər gözümün düşmənidir 🤧

- Çalışın bir ölkəni əhatə edəcək bir plan qurun, demirəm şimaldan cənuba fəth edin, lakin ən azından həmin ölkənin minimum 2-3 şəhərinə baş çəkin ki, vizyonunuz genişlənsin, fərq yaransın ki, o ölkəni bir şəhərinə qiymətləndirməyəsiz. Ən azından bir şəlalə, göl və ya təbiətcil yerlərinə baş çəkin. Paytaxt gəzməklə ölkəni səciyyələndirə bilməzsiniz. Bunu unutmayın. Paytaxtdan daha gözəl, mədəni və elit şəhərlər var. Muzey sevməyə bilərsiz amma incəsənət fenomenləri bir cəmiyyəti təmsil edir. Teatr və konsert də çox önəmlidir, bunlar hamısı simvolizə edir olduğunuz yeri.

- Çalışın hansısa bir şəhərdə piyada çox gəzin. Onda şəhərin ruhunu mənimsəyirsiz, mərkəzdə, insanların izdiham olduğu yerdə təxminən 1 saat oturub, insanları seyr edin, bu sizə olduğunuz mühitlə olan çox fərqi göstərmiş olacaq. Hər fərqli təcrübə sizə yenilik qazandıracaq, üfüqüzünü genişləndirəcək.

- Çalışın plan qurarkən, ya yaxın ölkələri (qonşu) seçin, ki, gediş - gəliş rahat olsun, gününüz yolda keçməsin, maksimum zövq ala biləsiz. Keçən dəfə mənə sual ünvanlanıb, adam ilk dəfə ölkə xaricinə çıxacaq və bunu hansısa tur agentlik hazırlayıb. Həqiqətən təcrübə çox önəmlidir. 1-2 ölkəni 2 gündə gəzməklə konsultant olunmur 🙂. Deməli reysə fikir verin. Budapest - Barcelona - Paris - Milan - Praqa - Budapest 😄 Bu nə reysdir ? Özüdə hərəsində 2 gün. Paris kimi dəbdəbəli incəsənət şəhərinə 2 gün ? Biyabırçılıqdır vallah. Düzdü muzey gəzmək zövq məsələsidir amma Paris üçün yenə azdır 😬 Hələ Barcelonanı demirəm. Özünüz başa düşdünüz.

Sözümün canı odur ki, rasional düşünün səyahət barədə, kimlərinsə deyil, öz istəklərinizə əsasən zövqlərinizi yaşayın.

Qısa bir yaşanılmışlıq:

Finlandiyanın paytaxtı Helsinki şəhərində mərkəzdən biraz aralıda bir hosteldə qalırdım. Deməli, hardasa 60 yaşlarinda 2 nəfər kişi idi. Hər səhər duranda onları ümumi zalda görürdüm, günorta gəlirdim orda idilər, axşam gəlirdim orda idilər. Bir neçə gün belə davam elədilər. Qəribə gəldi ki, hostelin bəlkə sahibidirlər. Yaxınlaşıb soruşanda belə cavab verdilər:

- Biz Helsinkidən kənarda qalırıq, sosial həyatımız çox zəifdir. Hostelə gəlib müxtəlif insanlar görürük, onlarla söhbət edirik və beləcə dinamik hiss edirik özümüzü. Yəni ki, çalışın arada tək səyahət edin və başqa millətlərlə sosiallaşın, onların düşüncələrinə diqqət yetirin, bəlkə biz hardasa səhv edirik və bu bizə kömək ola bilər. Tək səyahət tamam fərqli zövqdür, MÜTLƏQ dadın.

Digər məqalələr

Hər şeyi geridə qoy və əylən!

Hər şeyi geridə qoy və əylən!

  • 390 Baxış
  • 07.08.2024
  • 2 dəq oxuma
Fərqli həyatları tanımaq sizin həyatınızı asanlaşdıracaq ...
Hər kəs
Daha çox
Bohinj - təəssüratlarımın ən ümdəsi

Bohinj - təəssüratlarımın ən ü

  • 720 Baxış
  • 27.07.2023
  • 1 dəq oxuma
Sloveniya səyahətimin sonuncu təəssürat dayanacağı Bohinj gölü ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.