Salam, dostum.
İnsan ətrafındakı xaosda qayda axtarmağı sevir, ona görə də simmetrik nə isə görəndə ona xoş gəlir. Riyaziyyat tərəfdən buna baxaq və palindrom ədədlərə nəzər salaq :)
“Riyaziyyat nizamı, simmetriyanı və limitləri ortaya qoyur və bunlar gözəlliyin ən möhtəşəm formalarıdır.”
121, 8228, 737, 42699624, 123454321, Minbir Gecə Nağıllarındakı “1001”…. Bu ədədlər ilk baxışdan mənasız görünə bilər, amma soldan və sağdan oxuyanda eyni ədəd olduqlarını görə bilərik. Belə ədədlər palindrom ədədlər adlandırılır.
İstənilən ədəddən palindromik ədəd yaratmaq mümkündür. Etməli olduğumuz tək şey palindrom əldə edənə qədər ədədin özünün üzərinə ədədin tərsini (yəni rəqəmləri tərs ardıcıllıqda yazılmış ədədi) əlavə etməkdir. Məsələn, 23 + 32 = 55 . 55 bir palindromdur. Əgər 75-i götürsək, 75 + 57 = 132, 132 + 231 = 363. Palindroma 86-dan başlayaraq eyni şəkildə üç addımda gələ bilərik. 86 + 68 = 154, 154 + 451 = 605, 605 + 506 = 1111.
Musiqidə də palindromlara da rast gəlirik. Mozart-ın “Spiegelkanon” və Paul Wetzger-in “Zwei Musikalische Scherze” notlarının düzülüşü baxımından palindromdur.
Sən necə xaosda qayda axtarmağı sevib Platonun “Ageometretos medeis eisito!” fikri ilə razısan ?