Kofe.al saytında öz şəxsi səhifənizi yaradaraq, dostlarınız, sifarişçilər, izləyici və pərəstişkarlarınızdan, "kofe" qismində bəxşişlər ala bilərsiniz. Bu halda kofe sadəcə təsəvvür yaratmaq üçün xəyali bir obyektdir.
Qeydiyyatdan keçdikdən sonra hesabınıza daxil olduqda, Kofe ismarıcları bölümündə yerləşən Ayarlar bölümünə keçmək lazımdır. Burada ilk növbədə "kofe" qiymətini təyin etməyiniz lazımdır. Şəkildən də göründüyü kimi, 1-5 azn arası seçim edə və yaxud özünüz qiymət təyin edə bilərsiniz. Bu halda bir ədəd "kofe" üçün təyin edilə biləcək maksimal məbləğ 20 azn təşkil edə bilər.
Növbəti addımda isə "kofe"-ni istədiyiniz başqa bir söz və ikon ilə əvəz edə bilərsiniz. İkon olaraq sistem tərəfindən verilmiş obyektlərdən istifadə edə bilərsiniz. Eyni zamanda "kofe" ikonunu aktiv saxlayaraq, əvəzində kapuçino, amerikano, espresso və ya affogato adlandıra bilərsiniz. Seçim sizindir.
Qiymət və ikon təyin etdikdən sonra, sizə "kofe" hədiyyə edəcək şəxslər üçün təşəkkür mesajını yaza bilərsiniz. Hər dəfə sizə "kofe" alındıqda, istifadəçilərə bu mesaj göstəriləcək.
Ancaq, iş bununla da bitmir. Hər "kofe" alındığında sizin adınızdan dəstəkçinizin email hesabına, təşəkkür mesajı da göndəririk ki, sizin ödənişi aldığınızı görsünlər. İzləyicilərinizə kofe.al səhifənizi tanıtmaq üçün isə öz kofe.al keçidiniz və ya şəxsi QR kodunuzdan istifadə edə bilərsiniz. QR kod haqqında daha ətraflı buradan məlumat ala bilərsiniz.