Salam, dostum.
Qərar vermək ehtiyacımız heç vaxt tükənmir, biz var olduqca qərarlar da bu yolda bizimlə addımlayır. İnsan beynini nə qədər yaxşı tanısa, verdiyi qərarları da bir o qədər yaxşı anlayar. Qərarları nə qədər yaxşı analiz etsək, həyat bir o qədər qaydasında olar.
Mən beynimi yaxşı tanıyıram mı? Bu sualı verib yola çıxdım…
"Beyin bizim bütün hisslərimizlə yanaşı qavrayış, düşüncə, motivasiya, oyanış, öyrənmə, hərəkət, məlumat prosesi və ümumi fəaliyyətimizinin səbəbidir."
Neyronlar — beyin hüceyrələri (elm adamlarının hələ də tam başa düşməyə çalışdıqları) bir-birinə bağlı hüceyrələr şəbəkəsi vasitəsilə bir-biri ilə əlaqə qurur.
Qərarları ya hisslərimizlə, ya da düşünən — rasional beynimizlə veririk. Səhv alınan qərarların adını da irrasional qərar qoyuruq… Məsələn, rasional beynimiz həddən çox şəkər tükətməyin sağlamlığımız üçün zərərli olduğunu bilir, amma beynimizin duygusal hissəsi bəzən bunu düşünmür, bu pis davranışı haqlı hesab edir və bizi yanlış hərəkətlər etdirməyə davam etdirir.
Sual: Niyə yanlış bildiyimiz hərəkətləri bildiyimiz halda edirik?
Bu suala cavab vermək üçün Daniel Kahneman-ın “Sürətli və Yavaş Düşünmək” adlı kitabından bəzi hissələri müzakirə edək.
İki ayrı düşüncə sistemi fəaliyyətdə olur: əvvəl emosional və intuitiv proses, sonra rasional məntiqin daha yavaş və sürətli prosesi. Həyatda hər şeydə olan yaxşı və pis rəqabəti kimi bunlar da bir-biri ilə rəqabətdədirlər, görək axırda kim qalib gələcək…
Rasional beynimiz müxtəlif variantlarla düşünmə qabiliyyətimizi, emosional beynimiz isə instinktlərimizi və intuisiyamızı təmsil edir. Rasional beyin sistemli və qərəzsizdir, eyni zamanda yavaşdır. Əzələlər kimi daha tez-tez məşq etsək, zamanla inkişaf edir və sürətlənir. Emosional beyin tez-tez məntiqsiz olsa da, tez və səy göstərmədən qərarlar qəbul edir.
Bəzi hallarda beynimizin rasional hissəsində daha çox fəaliyyət tələb oluna bilər, digərlərində isə seçim etmək üçün emosional hissəyə güvənmək lazım olacaq. Emosional beynimizin vərdişdən və ya şəxsi rahatlığından asılı olmayaraq o, həmişə qərar qəbul etmə prosesində aktiv qüvvədir.
Çox emosionalsanıqsa, rasional ola bilmərik, amma emosional deyiliksə də, rasional ola bilmərik. Həddindən artıq emosional olduğumuz zaman bizim üçün nəyin daha yaxşı olduğunu bilsək də, rasional seçimlər edə bilmərik.
Duyğular, hisslər və intuisiya düşünmə qabiliyyətinin ayrılmaz hissəsidir. Duyğular rasionallıqda boğula bilsə də, rasionallıq duyğular olmadan mövcud ola bilməz. Həddindən artıq emosiya mühakimə qabiliyyətini zəiflədə bilsə də, emosiyaların olmaması da eyni dərəcədə zərərli ola bilər. Emosiya zəiflədikdə qərar vermə prosesi əziyyət çəkir. Duyğular həyatımızda bizə təzyiq edən və bəzən bizi incidən qüvvələrdir. Biz emosiyaların məntiqi hisslərə hakim olmasına imkan veririk. Biz daha çox emosiyalarımızla idarə olunuruq və qeyri-emosional səbəblər gücsüzdür.
“Şübhəsiz ki, bizim emosiyalarımız rasional zehnimizə bizim düşüncələrimizi, niyyətlərimizi və ali səlahiyyətlərə malik olan hərəkətlərimizi diktə edir. Ancaq emosional və ya səhv hisslərlə çox tez hərəkət etdikdə, daha çox səhv qərarlar veririk."
İnsan beyni üzərində aparılan tədqiqat göstərir ki, zehnimiz nə qədər çox işləməyə ehtiyac duyarsa, emosional olaraq qərar vermə ehtimalımız bir o qədər yüksəkdir. Refleks üçün tələb olunan daha az vaxt irrasional görünən daha çox qərara səbəb ola bilər. Lakim emosional beyin zehnimizin yükünü azaltmaq və məhdudlaşdırmaq üçün işləyir, bu da daha çox düşünmə imkanları yaradır.
İnformasiyanın həddən artıq çox olduğu dövrdə rasional beynimiz bəzən stressi idarə edə bilmədiyi üçün daha emosional qərar qəbul etmə vəziyyətindədir. Nəticədə, aradakı balansı tapmaq doğru qapının açarı olacaq.
P.S. Bunu yazanda məntiqimdən istifadə etməyə çalışdım və buna duyğularımı da əlavə etdim. Niyə hər ikisindən istifadə etməyə və balanslaşdırmağa çalışmayaq?