Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Nigar Şabanova
  • Dördüncü Sıra
    Nigar Şabanova
  • 16 Baxış
  • 06.08.2025
  • 5 dəq oxuma

Dördüncü Sıra

fərqli uşaqlar da bizim kimi gülür, oynayır, sevinirlər. Sadəcə, onları başa düşmək üçün bir az diqqətlə baxmaq lazımdır.

Dördüncü Sıra

Nəhayət, yay tətilim başlamışdı! Bu yayın gözəl xəbəri isə Bakıya gedəcəyim idi. Ən çox Xəzər dənizini görmək istəyirdim. Bir də xalam uşaqları ilə çoxlu oyunlar oynamaq. Xalamgildə qalacağım üçün çox sevincli idim. Gecə həyəcandan yata bilməmişdim. Səhər tezdən oyanıb çantamı bir neçə dəfə yoxladım. Səhər yeməyini də sürətlə yedim ki, vaxt tez keçsin. Yeməkdən sonra atam və anamla çantalarımızı alıb avtobusların olduğu yerə yollandıq.

Atam bizi çoxlu böyük avtobusların olduğu yerə gətirdi. Adı yadımda qalmadığı üçün atamdan yüzüncü dəfə soruşdum. “Bura avtovağzaldır.” deyə cavabladı. Çantalarımızı avtobusun baqajına yerləşdirdikdən sonra atam yerlərimizin beşinci sırada olduğunu dedi. Əvvəllər heç belə böyük avtobusa minmədiyim üçün bir az həyəcanlı idim. Ətrafa boylana-boylana pilləkənləri qalxdım, sıraların arasından astaca keçib, beşinci sırada pəncərənin yanında əyləşdim. Atam əl çantalarımızı oturacaqların yuxarısındakı hissəyə yerləşdirdi. Sonra da bizimlə sağollaşdı. Atamın da gəlməyini çox istəyirdim, amma o, ev-eşiyi qoyub çıxa bilməyəcəkdi. Bizdə həmişə belə olur - evdə mütləq kimsə olmalıdır. Atamla sağollaşdıq. Pəncərədən arxasınca əl salladım. Qolumdakı yeni saatıma baxdım. Millər 12-ni göstərəndə avtobus yola düşəcəkdi. Amma hələ onlardan sadəcə biri 12-yə yaxınlaşmışdı. Anam “Avtobusun yola düşməsinə hələ 40 dəqiqə var.” dedi. Ailəmizin adəti üzrə biz avtovağzala 1 saat tez gəlmişdik. 

Avtobusdakı sərnişinlərin sayı artırdı. Mən də başımı pəncərəyə söykəyib təlaşla avtobusa yaxınlaşan adamlara baxırdım. 

Qarşımızdakı oturacaqlar, yəni dördüncü sıra boş idi. Anam evdən çıxanda demişdi: “Qarşındakı oturacağa ayaq vurma.” Bu hərəkətlər orada əyləşənləri narahat edə bilərmiş. Özümü nə qədər sıxsam da, ayaqlarım tez-tez ora uzanmaq istəyirdi.

Avtobusun motor səsi eşidildi. Artıq yola düşməyə hazır idik. Bu anda bir ailə qaça-qaça, təlaşla avtobusu saxlamaq üçün əl salladı. Düşündüm ki, yəqin kimsə əşyasını unudub. Ata və qucağında balaca uşaqlı ana avtobusa yaxınlaşdı. Uşaq məndən bir neçə il balaca olardı, təqribən 2 yaşında. Ailə təlaşla avtobusa mindi və qarşımızdakı sırada əyləşdi. Uşaq mənə baxıb gülümsədi. Yolun əyləncəli olacağını düşündüm. Balaca əmim oğlu ilə oynamağa vərdişli idim. Bu yaşda uşaqların sevdiyi oyunları əzbərə bilirdim. Ailə əşyalarını yerləşdirdikdən sonra avtobus hərəkətə başladı. Balaca isə deyəsən avtobusu bəyənməmişdi. Elə hey mızmızlanırdı. Anası alçaq səs tonu ilə onunla söhbət edir, başını qatmağa çalışırdı. Xeyli vaxt keçsə də, uşaq sakitləşməmişdi. Bəzən qışqırır, özünü ora-bura atırdı. Ətrafdakı insanların narazı baxışları, valideynlərin daha çox narahatlığına səbəb olurdu. Mən isə uşağın oynamaq istədiyini düşünürdüm. Böyüklər bizi çox vaxt başa düşmür, elə bilirlər sakit oturmaq asandır. Biz oynamağı, əylənməyi, hərəkətli olmağı sevirik. Saatlarla eyni yerdə oturmağı bacarmırıq. Axı biz uşağıq!

Mən bu düşüncələrlə gah yolu, gah da uşağı izləyirdim. Avtobus yaşıl ağaclarla əhatələnmiş bir dayanacağa yaxınlaşdı. Anam fasilə üçün bir neçə dəqiqə burada gözləyəcəyimizi dedi. Yavaş-yavaş sərnişinlər hava almaq üçün avtobusdan endilər. Anam uşağın anasına yaxınlaşıb köməyə ehtiyacı olub-olmadığını soruşdu. Adətən anam kiməsə belə bir sual verəndə ardınca uzun söhbət başlayır. Bu dəfə o qədər vaxtımız olmasa da, yenə söhbətin ardı gəldi. 

Uşaq artıq sakitləşmişdi, hətta mənimlə oyun oynayırdı. Mən ona ətrafdakı fərqli heyvanları  göstərirdim. Arada həmin heyvanlar kimi səslər çıxardırdım. Bu isə onun çox xoşuna gəlirdi. Birinci it və pişik tapmışdım. Sonra balaca bir qarışqa yoluma çıxdı. Yay olduğundan ətrafdakı çiçəklərdə çoxlu kəpənəklər də qanad açmışdı. Anası “Kamal kəpənəkləri çox sevir.” deyəndə yeni tapdığım dostumun adını da öyrənmiş oldum

Kamal fərqli idi. Mənim tanıdığım uşaqlardan bir az başqa cür davranırdı. Sonra anam onun anasıyla söhbət edəndə bunun səbəbini öyrəndim.

Anası Kamalda indiyə qədər heç vaxt bilmədiyi, ilk dəfə oğlunda eşitdiyi xəstəliyin olduğunu dedi. Anam dəqiqləşdirmək üçün adını soruşanda bunun autizm adlandırıldığı məlum oldu. Belə tibbi sözləri yadda saxlaya bilmirəm, amma həyat bilgisi dərsində müəlliməmiz bizə bu haqda danışmışdı. Kamal kimi uşaqlara qarşı daha diqqətli olmalı olduğumuzu demişdi. Söhbətdən başa düşdüyüm qədəri ilə rayondakı həkimlər Kamalın xüsusi mərkəzdə təhsil almalı olduğunu bildirmişdilər.

Avtobusun siqnal səsi söhbəti yarımçıq kəsdi. Yolun davamı bizi gözləyirdi. Yerlərimizə əyləşdik. Kamalla elə oynamışdıq ki, ikimiz də yorulmuşduq. Gözlərim sözümü dinləmədi, öz-özünə bağlandı. Oyananda isə şəhərin səs-küyü məni qarşıladı. Hər kəs təlaşla çantalarını alıb evinə yollanırdı. Kamal da çoxdan getmişdi. Onunla sağollaşmadığım üçün kədərləndim.

Digər məqalələr

Səssizlikdən doğan alqış

Səssizlikdən doğan alqış

  • 16 Baxış
  • 06.08.2025
  • 3 dəq oxuma
bəzən ən güclü ifadə heç nə deməməkdir. ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.