Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Lalə Osmanova
  • Gənc qızların oxumalı olduğu kitab
    Lalə Osmanova
  • 237 Baxış
  • 25.08.2024
  • 2 dəq oxuma

Gənc qızların oxumalı olduğu kitab

"Bəzi şeylərə çox bağlanırsan, Anna."-dedi Marilla. "Qorxuram ki, həyatın boyunca səni çox xəyal qırığlığı gözləyir."

Gənc qızların oxumalı olduğu kitab

“Qrin Qeyblz malikanəsinin qızı Anna” kitabı kanadalı yazıçı Lyusi Moud Montqomeri tərəfindən qələmə alınıb. Kitabdadı hadisələr Şahzadə Eduard adasında cərəyan edir. Əsasən klasik uşaq ədəbiyyatı nümunəsi sayılır, lakin hər yaşda oxuna biləcək romandır. 

Mənim fikrimcə isə, xüsusilə gənc qızların oxumalı olduğu kitabdır. 

11 yaşlı qız, Anna uşaqlar evində böyüyür,  müxtəlif ailələr tərəfindən təmizlik, uşaqlara baxmaq niyyətiylə götürülüb. Qrin Qeyblz deyə bir yerdə yaşayan bacı-qardaş Metyu və Marilla oğlan uşağını övladlığa götürmək istəyirlər ki, Metyunun yaşına görə səhhəti ilə bağlı yaranan problemləri azda olsa aradan qaldıra bilsinlər. Lakin yanlış anlaşıldıqlarına görə, Annanı onlara övladlığa göndərirlər. 

Bu təbii ki, qardaşı üçün narahat olan Marillanın xoşuna gəlmir, amma Metyu qıza çox bağlanır. Uzun sürən mübahisələrdən, düşüncələrdən sonra qızı qəbullanırlar. 

Annanın macəra dolu həyatı bundan sonra yaxşıya doğru dəyişir. İlk dost, ilk rəfiqə, ilk göz yaşı, ilk haqsızlıq, ilk sevgi kimi duyğularla da tanış olur. 

Anna doğru bildiyi şeyin arxasıyca getməyi nə olursa olsun bacarır, haqsızlığa qarşı susmur, özünü müdafiə edir, səhv etdikdə isə üzür istəməyi bacaran bir personajdır. 

Hekayə o qədər gözəl yazılıb ki, insan özünü Avonlidə təsəvvür edir. Yaşıllıqlar içində, təbiətin qoynunda, o dövrün geyimlərində. 

Kitabın müəllifi özü də Şahzadə Eduard adasında dünyaya gəlib. Anası bir müddət sürən xəstəlikdən sonra dünyasını dəyişir. Atası qızı yoldaşının qohumlarının himayəsinə ötürürür. 

Montqomeri özünü onların yanında çox vaxt tənha hiss edirdi, çox kitab oxuyurdu, müxtəlif hekayələr yazırdı. 

1890-cı illərin sonunda bəzi qəzet və jurnallarda nəşr olunmağa başladı. 1897-ci ildən 1907-ci ilədək 100-dən çox hekayə dərc etmişdir. 

Hər səhər yeni bir başlanğıcdır, hər səhəy yepyeni bir dünyadır.   

Xəyallarınızdan qətiyyən imtina etməyin. Onlar üçün savaşın, xəyal etmək gücünüzü kiçik görməyin. Həyatınızı dolu-dolu yaşayın, emosilayarınızdan utanmayın. 

Heç kəs xəyal qurmaq üçün yaşlı deyil. Xəyallar əsla 

yaşlanmır. 

Digər məqalələr

Arabika və robusta: hansı daha yaxşıdır?

Arabika və robusta: hansı daha

  • 17 Baxış
  • 28.04.2025
  • 3 dəq oxuma
Biz mövcud olan 125 növ qəhvədən cəmi 2-dən istifadə edirik. Və günü-gündən artan məlumata əsasən, əslində 300-dək qəhvə növü olduğu deyilir. ...
Hər kəs
Daha çox
Niyə köpəkbalığı delfinlərdən qorxur?

Niyə köpəkbalığı delfinlərdən

  • 121 Baxış
  • 03.04.2025
  • 1 dəq oxuma
Güclü olmaq qalib olmaq anlamına gəlmir. Təbiətdə isə bu cür nümunələr çoxdur. ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.