Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Hüseyn Xəlilov
  • "Gələcək Anksiyetesi: Elmi-Fantastik və Zombi Apokalipsisi Janrına Maraq"
    Hüseyn Xəlilov
  • 266 Baxış
  • 29.08.2024
  • 2 dəq oxuma

"Gələcək Anksiyetesi: Elmi-Fantastik və Zombi Apokalipsisi Janrına Maraq"

Anksiyete ilə mübarizə aparan birisi kimi, zombi apokalipsisi və elmi-fantastik janrlarında seriallara olan marağımın arxasındakı səbəbləri araşdırıram. Gələcəkdə baş verə biləcək hadisələrə qarşı hazırlıqlı olmaq mənim üçün bir strategiya, izlədiyim kinolar isə bu strategiyanın bir parçasıdır.

Son dövrlərdə anksiyete yaşadığımın fərqinə varmışam. Fəaliyyət zamanı prosesdən çox narahat oluram və problem yaşanmaması üçün, fors major halları da nəzərə alıb mükəmməl nəticə əldə etməyə çalışıram. Maraqlarım və hobbylərim mənə göstərir ki, narahatlığım əsasən gələcəklə bağlıdır. 

Elmi-fantastik və zombi apokalipsisi janrında seriallar diqqətimi çəkir və böyük həvəslə izləyirəm. Zombi apokalipsisinə marağımın səbəbi, gələcəkdə potensial bir zombi epidemiyasına hazırlıqlı olmaqdır. Bu epidemiyanın baş verməsi halında özümü və yaxınlarımı qorumaq üçün tədbir görmək və mübarizə aparmaq üçün araşdırma kimi baxıram bu janrda kinolara.

Elmi-fantastik janrına marağım isə gələcəkdə baş verəcək hansısa robot işğalına hazırlıqlı olmaqdır. Süni zəkanın inkişafı ilə robotlar varoluş səbəbini sorğulaya bilər və Asimovun 3 robot qanununa riayət etməyə bilər və ya 2ci qanuna əsasən (Bir robot, bir insanın verdiyi əmrlərə tabe olmalıdır, əgər bu əmrlər birinci qanunu pozmursa) başqa bir varlığın əmrinə tabe olar və işğal cəhdi edər. Bu halda yenə də, özümü və yaxınlarımı qorumaq üçün daha çox məlumatım olmuş olar və mübarizə apara bilərəm. 

Əvvəldə də bildirdiyim kimi, gələcək anksiyetem olduğu üçün bu cür tədbir görürəm və düşünmürəm ki bu anormal haldır. İnsanlar kitablar oxuyur və nəticədə fikir formalaşır, bu fikri öz həyatlarına və yaşam tərzlərinə tətbiq edirlər. Yaranan hər hansısa problemi həll edərkən o fikirdən faydalanırlar. İnformasiya qızıldan bahadır. İzlədiyim kinolar məndə fikir formalaşdırır, yaradıcı düşüncəmi inkişaf etdirir. Baş verəcək epidemiya və ya işğallara qarşı profilaktik tədbirlər görmək, baş verən bu hadisələrə qarşı tədbir görmək üçün fikir lazımdır və mən də bu fikri izlədiyim kinolardan alıram.

Digər məqalələr

Meloman

Meloman

  • 317 Baxış
  • 14.03.2024
  • 4 dəq oxuma
Məqalədə bir melomanın uşaqlıqdan bu günə qədər musiqi ilə olan münasibəti və musiqi zövqünün necə formalaşdığı izah olunur. Həm yerli, həm də xarici ...
Hər kəs
Daha çox
Tənhalığın Cəsarəti və Şəhərin Səssizliyi

Tənhalığın Cəsarəti və Şəhərin

  • 286 Baxış
  • 19.02.2024
  • 1 dəq oxuma
Bu məqalə evsizlik və tənhalığın insan ruhuna təsirini müzakirə edir. Yaxınlarından uzaq düşməyin gətirdiyi çətinliklər, həyatın təcrübəsindən sonra y ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.