Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Aytiqaqash
  • Mənim bir günüm.
    Aytiqaqash
  • 3 Baxış
  • 11.07.2025
  • 3 dəq oxuma

Mənim bir günüm.

Bu məqalədə ən çox təkrarlanan, normaya çevrilən bir günümü paylaşıram. Əlbəttə günlərim həmişə eyni olmur. Sıradan bir günü seçib sizə təkrarlanan gün kimi təqdim edəcəm. Yəgin həmin gün mənə mənim təkrarlanan günümün təasüratını verir. Tam mətni oxumağa dəvət edirəm sizi. Məqaləni bəyənsəniz elə bilin birlikdə kofe içdik, mən söhbət etdim sizdə ödəniş :D

Mənim bir günüm.

İş saatım 9:00da başlayır deyə, səhər çalışıram 9dan tez durum. Adətən bu 8:45 olsa da, artıq 8də durmağa öyrəşirəm. Təəcüblənməyin, evdən işləyirəm. 8:45də də durub, vaxtında işə başlamağa çatırdım. Təəssüf olsun səhər idmana həvəs olmadığından bəhanə kimi vaxtın da olmadığını deyirəm. Əl üzümü yuduqdan sonra, gedirəm özümə cappucino hazırlayım. Evdən işlədiyimə görə kofe maşını almışam, kifayət qədər qəşəng cappucino alınır. Əvvəl hər səhər çay içərdim, amma cappucinonu hazırlamaq elə bilirəm həm daha rahat, həm də daha tez olur. Çay ilə şirniyat çox yeyirdim, indi cappucino ilə xurma yeyirəm. Düşünürəm müsbət haldır.

İş yerində ilk görüş adətən saat 9:45də olur. Onacan emaillara baxmaq, dünən nə işlər gördüyümü qeyd etmək, bugün nə işlər görəcəm, hansı görüşlərdə olacam və ümumiyyətlə günün ötəri planın qururam. Sonra 9:45də olan görüşdə qısaca hamı öz çətinliyini deyir, lazım olan adamlara bildirir ki, nəzərə al bugün vaxt edib danışmalıyıq. Çalışırıq bu görüşü 15 dəqiqədən uzun etməyək. Saat 10da ehtiyac olursa daha kiçik komanda üzvlərimiz birlikdə yeni tapşırıqlardan kim nə götürəcək müzakirə edib, dağılışırıq.

Həftədə iki dəfə daha uzun görüşlər olur, daha ciddi məsələləri müzakirə etmək üçün. Onlar olanda adətən 11 - 12 arası davam edir. 

12 - 1 nahar fasiləsi. Evdən işləyirəm deyə, daha az vaxt alsa da nahar, bütün vaxtı öz işdən kənar işlərimə həsr edirəm. Kənar işlərdən biri elə bizim Aytiqaqash kanalın dəstəyidir. Qruplarda olanları izləməkdir və mesajlara cavab verməkdir.

Saat 1də geri qayıdanda fikirləşirəm, gərək biraz yatardım. Amma işləmək lazımdır çünki günün yarısı getdi hələ ancaq elə görüşlərdə olub, iş görməmişik. İşimin detallarına getməyəcəm, biz Manual QA olaraq nələri edirik, kursumuzdan öyrənmək olar. Orada daha ətraflı danışaram. Bu arada bizə 50 kofe alan dəstəkçi, kursu ödənişsiz əldə edə bilər.

Normalda saat 1dən etibarən adətən qızğın iş gedir. Amma bir saat işləyib deyirəm gedim biraz meyvə yeyim, əslində isə gedib mətbəxdə əlimə keçəni yeyirəm. Heçnə də olmasa çay içirəm. 

Saat 5 ya 5:30a qədər nə işləri görməliyəmsə, çalışıb bitirirəm. Saat 1 - 5 arası iş yoldaşlarımla lazım olanda görüşüb nəsə müzakirə elədiyimiz olur. 

İşdən sonra da, gedirəm axşam yeməyi yeyim. Birdə baxıram saat axşam 7di oldu. Deyirəm bəs işləyəndə niyə belə tez getmirdi. Adətən çalışıb 7:30 radələrində gedirik gəzməyə. Son zamanlar çalışıram idman edim, onda gəzməyə helə də vaxt qalmır. Əsas çalışıram günə 10min addım atım. Ona görə gəzəndə elə alınır bir saat ya daha çox gəzmiş oluram. 10mini həmişə uğurla başa vurmaq alınmır XD 

Geri qayıdanda saat təxminən 9 olur. Başlayıram nəsə oxumağa, öyrənməyə, məqalə yazmağa, kontent hazırlamağa. Həvəsim olmasa isə, oturub kinoya seriala və s. baxa bilərəm. Saat 12də çalışıram artıq gedim yatım.

Yəgin oxuyub elə nəticəyə gəldiniz ki, qardaş nə qədər yatır :D 28 yaşımdan sonra belə oldu. Əvvəl 5-6 saat yatırdım. Qocalırıq.

Sizin gününüz necə keçir? Mənim günümə oxşar keçməsini istəyərdinizmi?

Digər məqalələr

Playwright Test Skriptlərin Yazılması

Playwright Test Skriptlərin Ya

  • 250 Baxış
  • 09.02.2025
  • 4 dəq oxuma
Rəsmi sənədləşmə bu mövzuya başlayan kimi, Playwright üçün tərif oxuyur. Tərifi saxlayaq sonraya, əsas dediyi odur ki, burda actions istifadə olunur h ...
Hər kəs
Daha çox
CV vəya Rezume təcrübəm

CV vəya Rezume təcrübəm

  • 589 Baxış
  • 25.04.2024
  • 7 dəq oxuma
Necə yazaq ki, müsahibə olsun. Hər vaxtınız xeyir olsun, dəyərli oxucularım. 10 ildən çox iş təcrübəmə əsasən müəyyən bir fikirlər formalaşıb. Söhbət ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.