Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Aytiqaqash
  • Manual QA nədir?
    Aytiqaqash
  • 524 Baxış
  • 17.12.2023
  • 3 dəq oxuma

Manual QA nədir?

Hazırda proqram təminatları hər yerdə istifadə olunur və yeniləri də yaradılmağa davam edir. Proqram təminatının biznesin tələblərini tam ödəməsi və insan problemlərini düzgün həll edilməsi çox önəmlidir. İllər öncə Proqram təminatının hazırlanma prosesi yalnız tərtibatçıdan asılı olurdu. İndi isə bu prosesdə iştirak edənlərin sayı daha çoxdur və onların iştirakı zəruridir. Məqaləni tam oxuyaraq Manual QA nədir və necə pul qazanmaq imkanı yaradır?

Manual QA nədir?

Sadəcə bu suala qısa cavab versəm deyərəm: Manual - yəni əlnən, avtomatlaşdırılmamış, insan tərəfindən. QA isə Quality Assurance - yəni keyfiyyəti təminatı. Belə bir nəticəyə gəlirik ki, proqram təminatının hazırlanmasında Manual QA pozisiyası, proqram təminatının keyfiyyətinin analiz olunub, nəticədə keyfiyyətli proqram təminatının təmin edilməsidir. Ona görə pozisiyanın adı Manual QA Analyst gedir. 

Manual QA Analyst nə qədər maaş alır ki?

Manual QA Analyst rolu da digər pozisiyalar kimi Junior, Medium və Senior olur. Maaş da əlbəttə sizin təcrübənizdən asılı ola bilir, əlavə faktorlar işlədiyiniz şirkət və lokasiyadır. Amerika bazarında aylıq 3000 dollardan 10000 və bəlkə də çox qalxa bilir. Avropada da təxminən 1000 avrodan - 5000 avroya kimidir. Azərbaycanda bu sahə inkişaf etməkdədir və 600 manatdan - 3000 manatadək qalxa bilir.

Manual QA Analyst kodlaşdırmanı bilməlidir?

Analyst olaraq qarşınıza bir kod bilik tələbini qoymaqları düzgün deyil. Kodlaşdırmanı bilərkən bu artıq Manual QA Engineer adı altında gedən bir pozisiya olur. Əlbəttə kodlaşdırmadan başqa əlavə bacarıqlar da yığıb Automation pozisiyasına da keçmək olar. 

Manual QA sahəsində iş tapmaq çətindir?

İş tapmaq prosesi ümumiyyətlə asan deyil. Və iqtisadi vəziyyətdən asılı olaraq bu daha da çətinləşə vəya qismən yüngülləşə bilər. Azərbaycan bazarında indi aktiv inkişaf gedir bu sahədə, artıq banklar İT departamentdə Testerlərin ( Manual QA peşəkarlarının) olmasını zərüri görür və getdikcə digər sahələrə də keçid edir. 

Manual QA sahəsinə yiyələnmək üçün minimum nələri bilmək yaxşı olar və çətindirmi? 

Düşünürəm kompyuter biliyi və ingilis dili önəmlidir. Yəni siz kompyuter və vebsaytları rahat istifadə etməyi bacarmalısınız, ingilis dilini ən azından pre-intermediate səviyyəsində, xarici bazarda işləmək üçün isə ən azı İntermediate səviyyəsində bilməyiniz lazımdır.  Bunları bildikdən sonra internetdə sahəni öyrənmək üçün yetərincə resurs var. Qaldı ki, çətindirmi yiyələnmək? İnanıram ki, çətin deyil. Ümumiyyətlə bizim dediyimiz, çətini öyrənənə kimidir. Ona görə videolardan heçnə başa düşmürsünüzsə yəgin minimal bilik tələblərini ödəmirsiniz. Əks halda suallarınızı bizə ünvanlayın. 

Sahəni öyrənmək üçün yetərincə resurs varsa niyə sizin kursu alsınlar?

Bizim kurs yeni bir terminologiya və anlayış ixtira etmir. Kurs sadəcə ana dilimizdə, ingilis dilində tapa biləcəklərinizi izah edir və daha rahat, tez qavramağa imkan yaradır. Əlavə olaraq Amerika standartlarına əsasən tərtib edilir və real təcrübə üzərindən nümunələr verilir. Teleqram qrupumuz var və daima kursu alıb oxuyanlara dəstək olmağa hazırıq. Kursun əsasə məqsədlərindən biri də intervyu (müsahibə) prosesinə hazırlıq və yönəltmədir. Bu prosesin necə ağır olduğunu bilərək, tələbələrimizə bu yolda dəstək olmağa hazırıq. Hər-halda yəgin məqaləni oxuyanlar da bizi tanıyır və kanalı izləyir.

Kursun endirimlərini haradan izləyə bilərik?

Ən rahat yolu bizim telegram kanalı izləyib, telegram qrupa qoşulmaqdır.  Amma digər bir variantı da sadəcə bizə yazmaqla hazırda endirim olub olmadığını öyrənməkdir. Çalışırıq 24 saat ərzində sualları cavablandıraq. Əlbəttə sosial şəbəkələrdən, teleqramdan vəya vatsapdan daha tez cavab almaq olacaq nəyinki, email ünvanından.

Digər məqalələr

Playwright Test Skriptlərin Yazılması

Playwright Test Skriptlərin Ya

  • 136 Baxış
  • 09.02.2025
  • 4 dəq oxuma
Rəsmi sənədləşmə bu mövzuya başlayan kimi, Playwright üçün tərif oxuyur. Tərifi saxlayaq sonraya, əsas dediyi odur ki, burda actions istifadə olunur h ...
Hər kəs
Daha çox
CV vəya Rezume təcrübəm

CV vəya Rezume təcrübəm

  • 503 Baxış
  • 25.04.2024
  • 7 dəq oxuma
Necə yazaq ki, müsahibə olsun. Hər vaxtınız xeyir olsun, dəyərli oxucularım. 10 ildən çox iş təcrübəmə əsasən müəyyən bir fikirlər formalaşıb. Söhbət ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.