Panel vurmaq nə tip fayda verir?

"Panel vurmaq" ifadəsi sosial media sayəsində artıq çoxunuza tanışdır. Gəlin panel vurmağın törədə biləcəyi uzun müddətli fəsadlardan bəhz edək.


540 baxış
22.04.2024
1 dəq oxuma

Instagram və digər sosial şəbəkələrin yarandığı dövrdən etibarən “panel vurmaq” ifadəsi artıq hər kəsə məlumdur.


Nədir bu “panel vurmaq”?

Müəyyən miqdar pul müqabilində səhifənizə passiv izləyicilər - botlar yönləndirilir. Bu botlar bəyənmə və ya sadəcə izləyici rolunu oynaya bilər.

İzləyici və bəyənmə çoxluğu nə kimi zərər verə bilər ki?

Bu izləyicilər sizi “özxoşuna” izləmədiyi üçün sizin orijinal kütləniz sayılmır. 

Gələcək dövrlərdə siz reklam verdikdə isə loru dildə desək, Instagram sizin bu saxta izləyici kütlənizi örnək tutaraq o tipli profillərin qarşısına reklam çıxarır. Və nəticədə pulunuz boşa xərclənmiş olur. 

Rəqəmlər hər nə olursa olsun daim orqanik formada böyüyərək marağını cəlb etdiyiniz kütləyə çatmaq daha sağlam və daha vacibdir.