Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Avaz Cafarov
  • Bundan sonra daha effektiv yazacaqsan!
    Avaz Cafarov
  • 207 Baxış
  • 20.04.2024
  • 3 dəq oxuma

Bundan sonra daha effektiv yazacaqsan!

Adətən mətn yazarkən diqqətdən qaçırdığımız bir sıra məqamlar olur. Onun strukturu, vermək istədiyimiz mesajın zamanlaması və forması çox vaxt oxucunu itirməyimizə səbəb olur.

Bundan sonra daha effektiv yazacaqsan!
Adətən mətn yazarkən diqqətdən qaçırdığımız bir sıra məqamlar olur. Onun strukturu, vermək istədiyimiz mesajın zamanlaması və forması çox vaxt oxucunu itirməyimizə səbəb olur.Bəs insanları mətnlərimizdə necə saxlayaq? 

Cavab çox sadədir: Kopiraytinq formulları

 

AIDA - Diqqət, Maraq, İstək, Hərəkət

Burada önəmli olan izləyicinin diqqətini çəkib daha sonra maraq yaratmaqdır. Maraq yaratdığınız xidmət oxucuda istək hissi oyatmalıdır. Daha sonra isə ən önəmli olan hərəkətə keçirəcək cümləniz - CTA olmasıdır. 

Məsələn: Marketinq addımlarınızdan nəticə ala bilmirsiz? 360 dərəcə Rəqəmsal Marketinq kursumuz vasitəsilə yüksək geridönüş gətirən strategiyaları öyrənəcəksiniz. SEO, PPC, Sosial Media Marketinqi, Məzmun yaradılması və s. mövzuları mütəxəssislərindən öyrənin. İstər yeni başlayan sahibkar, istərsə də bacarıqlarınızı inkişaf etdirmək istəyən marketoloq olmağınızdan asılı olmayaraq, kursumuz sizin üçün faydalı olacaq. Karyeranızda yeni mərhələyə keçmək və ya biznesinizi inkişaf etdirmək istəyirsinizsə, bu kurs sizin üçündür. Elə indi qeydiyyatdan keçin və 10 faiz endirim şansını qaçırmayın. ( mənbə: Marlab Training Center)

 

BAB - Əvvəl, Sonra, Körpü

Bu formulda siz oxucuya yaşadığı situasiyanın əvvəlini, onu həll etdiyindən sonrakı halını və arada necə körpü rolu oynayacağınızı çatdırmalısınız.

Məsələn: Biznesinizi onlayn mühitdə daha çox tanınması üçün mübarizə aparırsınız? Rəqəmsal trendlərin dəyişiklikləri sizi narahat edir və geridə qaldığınızı hiss edirsiniz? Rəqəmsal dünyanın ön sıralarında olduğunuzu, SEO, PPC və sosial media strategiyalarını inamla idarə etdiyinizi və satışlarınızın sürətlə artdığını təsəvvür edin. Rəqəmsal Marketinq kursumuz bu yolda sizin mayakınız olacaq. Qeydiyyatdan keçin və yeni fürsətləri kəşf edin. (mənbə: Marlab Training Center)

FAB - Xüsusiyyətlər, Üstünlüklər, Faydalar

Məncə bu formulun adı onu yetəri qədər açıqlayır. Məsələn: 4 aylıq interaktiv tapşırıqları, praktiki işlər və real layihələrlə dolu rəqəmsal marketinq proqramımızı təqdim edirik. Digər kurslardan fərqli olaraq, biz sadəcə nəzəri biliklərə fokuslanmırıq, praktiki tapşırıqlar və kurs işi ilə sizin sahəni daha dərindən öyrənməyinizi hədəfləyirik. Bu kursun sonunda sertifikatla yanaşı, həmçinin, rəqəmsal marketinq üzrə praktiki təcrübəyə də sahib olacaqsınız. (mənbə: Marlab Training Center)PAS - Problem, Qarışdırın, Həll edinOnlara problem qoy, daha sonra vəziyyəti daha da qarışdır. Sonda isə ona problemin həllini ver. Stokholm sindromuna tutulmuş oxucu artıq sənə qarşı bağlılıq hiss edəcək. Məsələn: Rəqəmsal Marketinqi peşəkar şəkildə öyrənmək heç asan deyil. Yüzlərlə kurs, məqalə, video, hansından başlayacağını tapmaq çətindir. Marlab rəqəmsal marketinq məktəbi sizin üçün ideal həll təklif edir – 4 aylıq praktiki rəqəmsal marketinq proqramı. (mənbə: Marlab Training Center)

Formullar haqda danışacaqlarım bu qədər idi. Əgər bu məlumat sənə faydalı oldusa bloqumu dostunla bölüşə və daha çoxu üçün mənə qoşula bilərsən. 

 

Digər məqalələr

Panel vurmaq nə tip fayda verir?

Panel vurmaq nə tip fayda veri

  • 204 Baxış
  • 22.04.2024
  • 1 dəq oxuma
"Panel vurmaq" ifadəsi sosial media sayəsində artıq çoxunuza tanışdır. Gəlin panel vurmağın törədə biləcəyi uzun müddətli fəsadlardan bəhz edək. ...
Hər kəs
Daha çox
Instagramda aktivlik saatı yalanı.

Instagramda aktivlik saatı yal

  • 218 Baxış
  • 17.04.2024
  • 1 dəq oxuma
Instagramda və digər sosial şəbəkələrdə izləyicilərinizin aktivlik saatına əsasən paylaşım etməniz yaxşıdır. Amma belə bir xüsusi qanunauyğunluq varmı ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.