Yunislə ilk gündən bir yerdə idik. İlk döyüş günü Yunisi itirdik. Elə bilirdik ki, şəhid olub.
Amma gördüyünüz bu arıq-cılız uşaq gedib kəşfiyyata qoşulubmuş. Düz bir həftə kəşfiyyatla birlikdə döyüşüb.
Mən əhd etmişdim ki, ordudan aldığım pulu şəhid Yunisin ailəsinə aparıb verərəm.
Bir həftə sonra Yunisi görəndə o qədər ağlaşıb qucaqlaşdıq ki... Çooooox təsirli mənzərə idi.
Sonuncu döyüşdə Yunis 3 güllə yarası aldı. Vəziyyəti ağırlaşıb sanitarkaya mindirəndə də halsız vəziyyətdə:
— Əlini tapın, məni gəlib aparsın — deyibmiş. Mən də həmin anda yaralılar içində Yunisi axtarırdım. Qaranlıq və sakitlik içərisində ancaq Yunisi soruşurdum.
Yunis yaralandığı anı belə danışır:
— Əli abi, sən deyirdin e, şəhid ağrı-acı hiss etmədən bu dünyadan köçür. Yaralananda gördüm ki, çox incidir. Dedim, onda sağam hələ.
Aldığı yaradan Yunis ömürlük yerimə problemi yaşadı.
O gün deyir ki:
— Abi, sən qohumunu (Cavidanı) yanına çəkdin, məni qoydun kənara. Ona görə yaralandım. 😞
Yunis çox mərd, çox şücaətli və igid qardaşdır. Əlimdə imkan olsaydı, bütün medalları onun sinəsinə taxardım.
Yunis, səninlə möhtəşəm günlər keçirəcəyik. Sənin mərdliyinin qarşısında baş əyirəm, qardaş.