Hacı Şahinin Xatirəsinə (2)

Yad insanları bir-birinə ayrılıq birləşdirir, Gəlib doğma olacam sənə mən ölə bilsəm.


622 baxış
30.07.2023
1 dəq oxuma

Bir gecə yaş süzülər gözlərimdən,
 

Eşqinlə qəlbimdə açılan çiçəklər,
 

Solacaq birər-birər
 

Sən solduğun tək.

 

Qüdrət axtaracam özümdə,
 

Cəsarət axtaracam
 

Bütün dünyaya qarşı çıxıb
 

Bir möhkəm bağıracam

 

Tək başına qalacam meydanlarda,
 

Ya güllələnəcəm, ya asılacam.
 

Məni Ona bağlayan sən oldun 
 

Daha nə fərqi öləcəm mən ya qalacam

 

Get, görüşərik, mən yolu tapıb gələ bilsəm,
 

Gəlib gözlərindəki nuru mən görə bilsəm.
 

Yad insanları bir-birinə ayrılıq birləşdirir,
 

Gəlib doğma olacam sənə mən ölə bilsəm.

 

Səni tam itirməmişəm hələ də,
 

Sadəcə görüş yerimiz fərqlidir.
 

Əvvəl 4 divar arasında,
 

Yayda soyuq, qışda isti,
 

İndi tozlu, torpaqlı səhra,
 

ilin hər fəsli küləkli.