Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!
Xcesstime sosial media platformaları üçün qısa, dinamik və düşündürücü animasiya seriyaları istehsal edən yaradıcı prodakşndır. Biz statik məzmunların yorucu olduğu bir dövrdə, hekayələri canlandıraraq izləyicilərimizə həm vizual zövq, həm də məna ötürürük.
Məqsədimiz yerli animasiya sahəsində fərqli üslub yaratmaq və Azərbaycanın rəqəmsal personajlarını dünyaya tanıtmaqdır.
Bizim ən böyük layihəmiz olan "Böyükağa" cizgi serialı, hər kəsin özündən və ya ətrafından bir parça tapacağı səmimi bir personajın hekayəsidir.Bu serial sadəcə bir cizgi filmi deyil, yerli animasiya mədəniyyətini inkişaf etdirmək yolunda atılan bir addımdır.Animasiya yaratmaq böyük zaman, səbir və texniki resurs tələb edən bir prosesdir. Hər bir kadrın arxasında saatlarla çəkilən əmək durur. Kofe.al vasitəsilə bizə dəstək olaraq siz:
"Böyükağa"nın davamlılığına: Serialın yeni bölümlərinin daha tez-tez çıxmasına kömək edirsiniz.Keyfiyyətin artmasına: Daha peşəkar səsləndirmə, musiqi və vizual effektlərin tətbiqinə şərait yaradırsınız.Müstəqil yaradıcılığa: Reklam agentliklərindən asılı olmadan, tam sərbəst və izləyicinin marağına uyğun məzmun istehsal etməyimizə dəstək verirsiniz.
"Bir kofe də bizdən olsun" deyərək, Azərbaycan animasiyasının inkişafına öz imzanızı ata bilərsiniz!
Copyright © 2026 Xcess Time. Bütün hüquqlar qorunur.
Azərbaycanda animasiya sahəsində ən çalışqan və öz üzərində işləyən gənclərdən biri olan Xcesstime-ə təşəkkür etmək istədik. Süni intellektə arxalanmadan, real zəhmət və bacarıqla bu sahəni inkişaf etdirməyin böyük hörmətə layiqdir. Daha böyük işlər görəcəyimizə inanırıq. Uğurlar! 💛