Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!
Salam! Mən Yunisəm. Biz 3D modelinq və animasiya sahəsində fəaliyyət göstərən kiçik, lakin yaradıcı bir komandayıq. İxtisaslaşdığımız sahələrə 3D obyekt modelləri, animasiyalar, xəritə dizaynı və real həyatı asanlaşdıracaq interaktiv modellər daxildir.
Hər bir layihədə keyfiyyəti və detallara diqqəti ön planda tuturuq. Modellərimizi həm gündəlik istifadə, həm də oyunlar, animasiyalar və vizual təqdimatlar üçün hazırlayırıq. Blender, CapCut və digər proqramlarla işləyərək, həm realist, həm də stilizə olunmuş dizaynlar üzərində çalışırıq.
Hazırda komandamızla birlikdə portfoliomuzu genişləndirməklə bərabər, həm də öz satış platformamızı qururuq. Məqsədimiz – 3D model bazarında fərqlənmək və istifadəçilərə həm estetik, həm də funksional məhsullar təqdim etməkdir.
Əgər sən də bizim kimi 3D dünyasını sevirsənsə və əməkdaşlıq etmək istəyirsənsə, bizə qoşulmaqdan çəkinmə!
Copyright © 2025 Virtual Craft Official. Bütün hüquqlar qorunur.