Teatr Kino

Teatr Kino

TeatrKino Yaradıcılıq Evi
  • 0 Dəstəkçi
Teatr Kino üçün kofe al
Bu mesajı şəxsi edin
Teatr Kino
TeatrKino Yaradıcılıq Evi

TeatrKino Yaradıcılıq Evi

"Teatrkino Yaradıcılıq Evi" Gəncə Şəhərində və həmçinin regionda ilk müstəqil alternativ yaradıcılıq teatr evidir.Teatr 2023 cü ilin iyul ayından aktyor seçimi konkursu elan edərək bir neçə aktiv və istedadlı gənclərlə fəaliyyətə başlamışdır.

"Teatrkino Yardıcılıq Evi"nin yaradılmasında əsas məqsəd Gəncə şəhərində yeni alternativ fərqli üslubda olan  teatr yaratmaq idi.

 Birinci,məqsəd aktyorluq sənətinə həvəsi və istedadı olan gəncləri cəlb etmək,onlara dəstək olmaq,master - klasslar keçmək və bu sənəti ibtidai halından öyrətmək.

İkinci, yazıçılıqa həvəs göstərən gəncləri dəvət etmək, onlarla əməkdaşlıq əlaqələri qurmaq,yazdıqları yeni əsərlərinə tamaşalar hazırlamaq.Bizim yeni yaradıcılıq teatrının məqsədi yeni yazılan  əsərlərdən tamaşalar hazırlamaqdır.  

2023 cü ildə yaranan gənc teatr və onun gənc aktyorları ilk çıxışını City Zen festivalında avqust ayında etdi.Sentyabr ayında yazıçı-jurnalist Mahir İsayevin qələmə aldığı "Xeyr və Şər"tamaşası ilə ilk dəfə oktyabr ayında Lənkəranda bir tamaşa,dekabr isə Şəki şəhərində iki tamaşa ilə çıxış etdi.Hər iki şəhərdə teatrın çıxışları yerli əhali arasında böyük maraq ve sevinclə qarşılanmışdır.