Sevinj Aliyeva

Sevinj Aliyeva

Mentor/ Sosial İşçi/ Tәlimçi
  • 13 Dəstəkçi
Sevinj Aliyeva üçün Çay al
Bu mesajı şəxsi edin
Sevinj Aliyeva
Mentor/ Sosial İşçi/ Tәlimçi

Salam mәn Sevinc! :) Sosial işçiyәm. #burdanbirsosialişçikeçdi hastagımla mәhşuram. Sahәm uşaqlardır. Ondokuz Mayıs Universiteti Sosial iş ixtisasını bitirmişәm. İbtidai məktəbdə sosial işçi olaraq və cinsi istismara məruz qalan uşaqlarla sosial iş mütəxəssisi kimi fəaliyyət göstərmişәm. Azәrbaycanda ilk dәfә sosial işçilәr üçün tamami ilә keys әsaslı olan UŞAQLARLA SOSial iş layihәsinin vә yeni yaratdığımız SDP'nin(Social Development Platform) tәsisçisiyәm.

 Azərbaycanda sosial iş tələbələrindən ibarət GSİD (Gənc Sosial İşçilər Dərnəyi) komandası ilə birlikdə bir çox yerli və xarici layihələri həyata keçirmişik. Dərnəyimizin vasitəsi ilə hər zaman fərqindəlik yaradacaq layihələr həyata keçirməyə çalışmış və inkluziv cəmiyyətin yaranmasına töhfə vermək məqsədi ilə ƏLLƏR DANIŞIR işarə dili kursu da həyata keçirmişik. Bu tip layihələrdən sonuncuları BMT Əhali Fondu ilə qız uşaqlarının cəmiyyətdə əhəmiyyəti, gender əsaslı zorakılıq üzrə layihələr olmuşdur. Hal-hazırda "Addım.at" platformasında şəxsi inkişaf üzrə mentor və supervayzer  olaraq fəaliyyət  göstәrirәm. Fәaliyyәtim boyunca 1500-dən çox şəxsə təlim keçmiş, 100-dәn çox şəxsə mentorluq etmiş, 60-a yaxın şəxsə isә supervayzerlik etmә fürsәtim olub.