Salaam

Salaam

Mədəniyyət mərkəzi
  • 5 Dəstəkçi
Salaam üçün Çay al
Bu mesajı şəxsi edin
Salaam
Mədəniyyət mərkəzi

SALAAMA DƏSTƏK OL = MÜSTƏQİL MƏDƏNİYYƏTƏ DƏSTƏK OL

İanə edərək Bakının mərkəzində mədəniyyətin daha da şiddətli alovlanmasına təkan verə və bu alovun qorunması üçün keşik çəkən ailəmizin bir parçası ola bilərsiniz……

Tarixi molokan ibadət evinin divarları arasında inklüzivliyə və icmaya əsaslanan, mədəniyyət məbədi olan Salaam yerləşir. 2019-cu ildən bu günə kimi mədəniyyəti hər kəs üçün əlçatan etmək üçün çalışan mədəniyyət işçilərindən ibarət, özünü idarə edən kollektiv formalaşdırdıq.

Salaam təkcə bir mədəniyyət mərkəzi deyil, eyni zamanda, imkanların birlikdə yaradıldığı, təcrübə vasitəsilə bacarıqların inkişaf etdirildiyi və uğursuzluğun öyrənmək vasitəsi kimi başa düşüldüyü məkandır. Biz kollektiv biliyin, təcrübəyə əsaslanan öyrənmənin gücünə inanırıq. İcmamız üçün həm yeni, həm də köhnə ənənələrə və hekayələrə unikal baxış təqdim edərək, yerli kino və incəsənət səhnəsinin inkişafına təkan veririk.

Hekayəmiz macəralı, bir o qədər də çətin başladı: 2019-cu ilin mart ayında məkanımız sökülmək təhlükəsi ilə üzləşdi. İcmamızın dəstəyi ilə biz nəinki məkanımızı xilas edən, həm də qorunan tarixi abidə statusu ilə təmin edən uğurlu ictimai kampaniyaya başladıq. Bu qələbə birlikdə nəyə nail ola biləcəyimizin sübutu idi, lakin, səyahət burada bitmir…

DƏSTƏYİNİZ NİYƏ ÖNƏMLİDİR?

SALAAM missiyasını davam etdirmək üçün ianələriniz çox vacibdir. Sizin köməyinizlə biz:

  • Tarixi məkanımızı qoruya və ona qayğı göstərə bilərik, onun hamı üçün  təhlükəsiz məkan olaraq qalmasını təmin edə bilərik;
  • Mədəniyyəti hər kəs üçün əlçatımlı edən məkan qura bilərik;
  • Keyfiyyətli proqramlarımızı davam etdirəcəyik: yerli istedadları üzə çıxaran və maarifləndirici seminarlar, nümayişlər, söhbətlər, sərgilər və konsertlər təklif etməyə davam edəcəyik.
  • Müxtəlif bədii mövzularda inkişata aparan təcrübələr etmək üçün məkan/zaman və resurslar təklif edərək yerli bədii/yaradıcı ictimaiyyəti dəstəkləyəcəyik;
  • Təhlükəsiz və sağlam müstəqil sənət səhnəsini inkişaf etdirəcəyik.

HƏR K-İ-Ç-İ-K ADDIM BÖYÜK TÖHFƏ VERİR.

Yalnız kollektiv şəkildə Bakıda mədəniyyətin ürək döyüntülərini qoruya bilərik.

Dəstəyiniz bizə sərhədləri aşmağa və inklüziv mədəni icmamızı daha da inkişaf etdirməyə güc verəcək.

İanə edin və dözümlülük, icma və kollektiv qayğı hekayəmizin bir hissəsi olun.

Birlikdə mədəniyyətə əlçatımlılığın imtiyaz deyil, hamının haqqı olduğu gələcək yarada bilərik.

Sevgi ilə,

Salaam