open.net.az

open.net.az

İKT
  • 2 Dəstəkçi
open.net.az üçün kofe al
Bu mesajı şəxsi edin

«OPEN.NET.AZ» layihəsi Linux əməliyyat sistemi və açıq mənbə haqqında informasiya vakumunu Azərbaycanda aradan qaldırmaq məqsədilə yaradılıb.

Biz Linux ilə əlaqəli müxtəlif məlumatları, ən son xəbərləri, bağlantıları, sənədləri və digər resursları paylaşmaq üçün bir yer təmin etməyə çalışırıq.

Mütəmadi olaraq əsas xəbərlər, rəy və analitik məqalələr dərc edirik. Materiallar həm redaksiya heyəti, həm də platforma istifadəçiləri tərəfindən yazılır. Siz də həmçinin təcrübənizlə bölüşə eləcə də özünüz və ya layihəniz haqqında bizə məlumat verə bilərsiniz.

open.net.az necə işləyir?

Layihə məqalələrdən, istifadəçi bloqlarından və mövzulardan ibarətdir.

Əsas səhifə dörd hissədən ibarətdir. Populyar - istifadəçilərin son bir neçə saat ərzində məqalələrə reaksiyasını nəzərə alan bir alqoritm tərəfindən formalaşır. Yeni - dərc olunan yeni yazıları ehtiva edir. Müzakirə - hazırda bütün kateqoriyalar üzrə şərhlərdə iştirak edənləri əks edir. Mövzular - saytda olan bütün kateqoriyaları göstərir.