Nargiz Aliyeva

Nargiz Aliyeva

Səyahət etməyi və turizmi sevən ex-Memar
  • 0 Dəstəkçi
Nargiz Aliyeva üçün spanish latte al
Bu mesajı şəxsi edin
Nargiz Aliyeva
Səyahət etməyi və turizmi sevən ex-Memar

Salam. Mən Nərgiz. 💗

Google Maps də-Expert Reviewer, musiqisiz yaşaya bilməyən 🎧 (bu haqda bol - bol yazmağı, danışmağı sevən), səyahət etməyi və bu səyahətlər zamanı fiziki və ruhən aid olduğu məkanı tapmaq istəyən, daim oxuyub - araşdırmağı sevən biriyəm.

Məni Instagramdan da izləməyi (nargeez_ali) unutmayın. 

Niyə? Çünki gəzilən şəhərləri daha fərqli təqdim etməklə yanaşı, gizli məkanları tapmağı və turist deyil, lokal insanlar kimi şəhərləri kəşf etməyi çox sevirəm. 

Əlavə olaraq musiqi, anti-konsumerizm, ekologiya və b. mövzularda çox maraqlı paylaşımlar edirəm.

Bir də danışmaqdan daha çox yazmağı sevirəm. 

Məhz buna görə də 2016-cı ildə açdığım narskitchen.com saytında sevdiyim albomlardan, ekologiyadan, kitab və b. mövzularda da bol-bol məqalələr yazırdım.

Az qala unudurdum… 2020-ci ildən isə kofe içməyi çox sevirəm ☕ və 1 ay öncə Milana etdiyim səyahət zamanı, Starbucks Reserve Roastery-də keçirdiyim 2 günün sonunda başa düşdüm ki, artıq kofe dünyasına xüsusi bir marağım yaranıb.

kofe.al saytında hesab yaratmaq səbəblərimdən biri də elə kofeyə olan sevgim oldu.

Instagram Bloqu haqqında qısa məlumat.

Hər şey 2016-cı ildən başladı. Bu başlanğıcın təkanı isə Michigan State University-dən aldığım online Fotoqraflıq dərsləri oldu.

Beləcə öyrəndiyim bütün bilgiləri, foto çəkmə bacarıqlarıma əlavə edərək, gördüyüm gözəllikləri ekranın digər tərəfindən səhifəni izləyən gözəl insanlara da ötürmək qərarına gəldim. 💗

Turizm sahəsinə olan marağım və bu yolda atdığım ilk addımlarda mənə dəstək olmaq istəyirsinizsə, o zaman bir fincan Spanish Latteyə yox demərəm. 🥰