Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!
Biz-Nacima qadın birliyi, azərbaycanlı qız və qadınların həyatda onlara yeni imkanlar açacaq keyfiyyətli təhsil almasına kömək etmək üçün bir araya gəlmişik.Azərbaycanda şagirdlər 7-8-ci sinifdən repetitor fəaliyyəti ilə məşğul olan müəllimlərin yanına hazırlığa getməyə başlayırlar, çünki orta məktəblər də keçirilən tədris çox vaxt abituriyentlərin ali məktəblərə qəbul imtahanlarından uğurla keçməsi üçün tələb olunan hazırlıq səviyyəsini təmin etmir.Məktəb siniflərində 30-a yaxın şagird olur və bu, müəllimlər üçün böyük yükdür. Şagirdlərin dərs boyu tədrisə cəlbi müxtəlif olur ki, bu da sinifdə qrup dinamikasına və məktəb fəaliyyətinin effektivliyinə təsir göstərir.Təhsilini davam etdirməyi düşünən və qəbul imtahanlarını yüksək balla verməyi planlaşdıran tələbələr əlavə hazırlıq kurslarına gedirlər.Təbiiki repetitor fəaliyyəti pulludur və bir sinifdən yalnız 10-15nəfər hazırlığa gedə bilir.Hazırlıq kursları fərdi repetitorlarla işləməkdən daha rahatdır, çünki bütün dərslər bir yerdə keçirilir, həm də fərdi dərslərdən daha ucuzdur. Amma əlbətdəki ailələrin bir qisminin kursun ödənişlərini qarşılamağa maddi imkanları çatmır.
Biz Vəndam qəsəbəsində qızlar üçün ödənişsiz hazırlıq kursları təşkil etmişik, qonşu kəndlərdən də şagirdlərimiz var ki, onları kursa Birliyimiz tərəfindən işə götürülmüş sürücü gətirib aparır.
Kurslarımız 2 ildi davam edir və biz tələbələri üç əsas fənn üzrə hazırlayırıq: Riyaziyyat, İngilis dili və Azərbaycan dili.
11 şagirdimizə həftədə 2 dəfə 3 müəllim dərs deyir. Hər bir şagird üçün təlimin aylıq ödənişi 120 manat təşkil edir. Ümumi aylıq ödənişlərimiz isə 1800 manatdırki,bunun da böyük qismi Nacima Qadın Birliyinin təsisçiləri tərəfindən şəxsi vəsaitlər hesabına ödənilir.
Copyright © 2025 Nadjima empowerment foundation. Bütün hüquqlar qorunur.