Mentify Podcast

Mentify Podcast

Təhsil və İnkişaf Platforması
  • 0 Dəstəkçi
Mentify Podcast üçün kofe al
Bu mesajı şəxsi edin

Bir dəfəyə max. dəstək 200 ₼40 kofe

Mentify Podcast
Təhsil və İnkişaf Platforması

Mentify Podcast 11 gəncin ortaq ideyası, əməyi və yaradıcılığı ilə ərsəyə gələn könüllü media layihəsidir. Layihə Harvard Universiteti məzunu Aysun Məmmədlinin rəhbərliyi və mentorluğu ilə fəaliyyət göstərir.

Məqsədimiz xaricdə təhsil almış azərbaycanlıların ilhamverici hekayələrini, qəbul təcrübələrini və dəyərli tövsiyələrini daha geniş auditoriyaya çatdırmaqdır.Hər epizodda dünyanın nüfuzlu universitetlərində təhsil almış qonaqlarla təhsil, təqaüdlər, karyera və şəxsi inkişaf mövzularında səmimi söhbətlər aparırıq. Mentify Podcast gəncləri məlumatlandırmağı, ilhamlandırmağı və onların beynəlxalq təhsil və karyera hədəflərinə doğru inamla addımlamalarına dəstək olmağı qarşısına məqsəd qoyur. 

Bu layihə yalnız bir podkast deyil, öyrənməyə, paylaşmağa və birlikdə inkişaf etməyə inanan gənclərin formalaşdırdığı bir platformadır.