KİN LAB

KİN LAB

Rejissor, scenarist, rəssam
  • 0 Dəstəkçi
KİN LAB üçün kofe al
Bu mesajı şəxsi edin
KİN LAB
Rejissor, scenarist, rəssam

Əziz incəsənət sevərlər,

Azərbaycanda son illərdə çəkilən hansı film sizi dərindən təsirləndirib?

Hansı filmin çəkiliş tərzi, montajı, süjeti sizə cəsarətli və hansı filmdən sonra Azərbaycan kino industriyasının dünya səviyyəli rejissorlarla yarışma potensialı olduğun hiss etmisiniz?

Kinematografiyada artıq bütün ekperimentlər olunub? Jorj Poltinin 36 dramaturji situasiyalarından başqa heç bir yeni kreativ, bütün düsturları yerlə yeksan edən süjet və ssenari artıq yoxdur?

Biz belə düşünmürük!

Biz 3 gənc rejissor bir araya gəlib eksperimental film laboratoriyası yaratmışıq.

Laboratoriyanın bu il üçün hədəfi 3 eksperimental qısametrajlı film ərsəyə gətirməkdir.

Əziz insanlar,

Sizdən xahiş edirik, Azərbaycan kinosunda yeni dalğanın yaradılması üçün bizə dəstək olasınız.

Mədəniyyət Nazirliyinə, Azərbaycan Kinematografçılar İttifaqı, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasına və digər aidiyyatı qurumlara müraciət edirik – bu həyati əhəmiyyətli layihəyə dəstək olun!