Xəyal Alıyev

Xəyal Alıyev

Karyera dəstəyi | CV & LinkedIn optimizasiyası
  • 3 Dəstəkçi
Xəyal Alıyev üçün kitab al
Bu mesajı şəxsi edin
Xəyal Alıyev
Karyera dəstəyi | CV & LinkedIn optimizasiyası

🙋‍♂️ Mən kiməm:

Son 4 ildə mən LinkedIn, karyera inkişafı və şəxsi brend mövzusunda davamlı araşdırmalar aparmış, kitablar oxumuş və yüzlərlə profili təhlil etmişəm. Bu müddətdə gördüm ki:

Ödənişsiz şeylər çox vaxt oxunur, amma tətbiq edilmir ❌

Ödənişli yanaşma isə insanda məsuliyyət və motivasiya yaradır

Mənim xidmətim sadəcə “bir profilə baxmaq” deyil. Mən oxşar vəzifəli insanların təqdimatlarını müqayisə edir, bazarı araşdırır, müsahibə ssenarilərini qurur və sizə fərdi, nəticə yönümlü rəy verirəm.

Bu kiçik dəstək isə sadəcə bir günlük qəhvə və ya iki günlük siqaret xərci qədərdir ☕🚭 Amma sizin karyeranıza qata biləcəyi dəyər illərlə işləndiyim təcrübənin nəticəsidir.📌 Əlavə Xidmətlər Planı

📄 CV və Sənədləşmə

CV hazırlanması (beynəlxalq standartlara uyğun)

Mövcud CV-nin təkmilləşdirilməsi və ATS uyğunlaşdırılması

Cover Letter / Motivasiya məktubunun yazılması

🔗 LinkedIn Optimizasiyası

Profilin tam optimizasiyası (About, Headline, Experience, Skills)

Banner, şəkil və vizual dəstək

Hashtag və post strategiyası

Networking və connection artırma planı

🎤 Müsahibə Hazırlığı

Mock interview (praktiki ssenarilər əsasında)

Tez-tez verilən suallar + cavab texnikaları

Bədən dili və təqdimat məsləhətləri

🚀 Şəxsi İnkişaf və Mentor dəstəyi

Şəxsi inkişaf planı (roadmap hazırlanması)

Həftəlik və aylıq konsultasiyalar

Kurs və sertifikatların seçilməsi (portfolioya uyğun)

İş axtarış strategiyası (ölkə və şirkət fokuslu)

Portfolio hazırlanmasına dəstək (PDF/Notion/Web formatda)