Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!
Mən Cavid Əliyev, ingilis-Azərbaycan dil cütlüyü üzrə yazılı tərcüməçi.
2018-2022-ci ildə bakalavr təhsilimi Azərbaycan Dillər Universitetində tərcümə (ingilis-Azərbaycan) ixtisası üzrə almış, 2022-2024-cü illərdə magistr təhsilimi Azərbaycan Turizm və Menecment Universitetində turizm işi ixtisası üzrə almış və fərqlənmə ilə bitirmişəm.
Təhsil müddətim ərzində müxtəlif beynəlxalq çempionatlarda könüllü, komanda lideri, bir sıra kiçik və böyük şirkətlərdə satış meneceri, kiçik mütəxəssis, təcrübəçi kimi çalışmışam.
Hazırda qonaqpərvərlik sahəsində karyera quruculuğunun əsas təməl daşlarını atıram və gələcəkdə bu sahə üzrə bilik və təcrübəmlə cəmiyyətə töhfə vermək və gənc kimi özümü yetişdirərək gələcək kadrların hazırlanmasında öz payıma düşəni etməyi düşünürəm.
Copyright © 2025 Cavid Əliyev. Bütün hüquqlar qorunur.