Havva Safarova

Havva Safarova

Blogger
  • 8 Dəstəkçi
Havva Safarova üçün kofe al
Bu mesajı şəxsi edin

Ürəyin istəsə, fəaliyyətimə kofe alaraq, dəstək ola bilərsən. Məlum, oliqarx həyat günə kofe içməklə başlar. O zaman enerjimizi də bu istiqamətdə yönəldək :) 

Bəs, kiməm mən? Nə işlə məşğulam?!

Mən Həvva Səfərova, ixtisasca turizmçi, marketoloqam. 5 ilə yaxındır ki, blogerlik fəaliyyəti ilə məşğul oluram və yüzlərlə yerli və beynəlxalq markalarla əməkdaşlıq edirəm. 

5 uşaq anasıyam, 2 oğlum, 2 itim, 1 pişiyim var və onlarla zaman keçirmək bu dünyada ən gözəl terapiyadır deyə bilərəm əminliklə. 

Məni sosial şəbəkələrdə @havva_safarova yazaraq, izləyə bilərsən.

#NinjaMama #DanışırTurizm kimi cəmiyyətin inkişafına, təkmilləşməsinə həsr etdiyim podcastlarımın da müəllifi və aparıcısıyam. 

Bundan əlavə, hələki ölkəmizdə konseptinə görə ilk formatda sayılan, azad və fikrini ifadədə valideynə ehtiyac görməyən bir klubun - Ninja Kids Club uşaq klubunun ideya müəllifi və yaradıcısıyam. 

Bir çox dövlət qurumları ilə “Qonaqpərvərlikdə Marketinq”, “Sahibkarlar üçün Marketinq”, “Xidmət keyfiyyətinin yaxşılaşdırılması”, “Sosial Media Marketinqi”, “İnfluenser Marketinq” mövzularında təlimlərimlə minlərlə sahibkar, şirkət və fərdlərə təlimlər keçmişəm və davam edirəm. 

Bu istiqamətdə qeyd edəcəyim linkdə ödənişsiz bu təlim-seminarlardan birini izləyə bilərsən: https://kobim.az/login 

#NinjaAgenda şəxsi planlama dəftərimin də iç dizayn müəllifiyəm. Siz bu dəftərin keçmiş buraxılışlarının PDF versiyasını bloq bölməsindən yükləyə də bilərsiniz tamamilə ödənişsiz formada. 

Və ya şəxsi inkişafın, ümumiyyətlə biznesə başlamaq sənlikdirmi deyə düşünürsənsə, o zaman bu video seriyamı izləməlisən. Əminəm, suallarına cavab tapacaqsan: