Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!
Mənim adım Vüqar Fərzəliyev. Mən Azərbaycanda yaşayıram və fiziki cəhətdən məhdud imkanlıyam — gəzə bilmirəm. Günlərimin çoxunu evdə, kompüter arxasında keçirirəm. Həyatımda hər şey asan olmayıb, amma heç vaxt ruhdan düşmək istəməmişəm.
Çətinliklərə baxmayaraq, özümə bir yol tapdım — blue.az adlı musiqi platformasını yaratdım. Bu sayt təkcə istifadəçilər üçün deyil, mənim üçün də bir həyat mənbəyidir.
Saytı reklamsız hazırlamışam. Açığı, reklamdan zəhləm gedir. Amma bu da o deməkdir ki, platformanı işlək saxlamaq üçün heç bir gəlirim yoxdur.
Copyright © 2025 Vuqar Ferzeliyev. Bütün hüquqlar qorunur.