Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!
Salam Əziz və dəyərli Dost sən hələdə əgər bu kanala abunə olmamısansa çox xahiş edirəm bu yazını sona kimi oxu. Adim Fariz Karimidi, əslim Qərbi Azərbaycanlıdı, özüm isə gözəl məkan Ceyranbatanda yaşayıram. Travel blogerliklə məşğulam,əvəllər gəzsəmdə bunu videoya çəkməyə nədənsə utanırdım,amma artıq istəyirəmki gəzəcəyim görəcəyim yerləri sizlərlə bölüşüm,çünki bəzi insanlar varki gəzməyi çox istəsələrdə müəyyən səbəblərdən bunu həyata keçirdə bilmirlər.Təkcə gözəl yurdum AZƏRBAYCANI deyildə, dünya ölkələrini bacardığım qədəriylə gəzib,onların mədəniyyətləri,yeməkləri,tarixləri haqqında izləyicilərimə məlumat verim. Bu kanalda əziz Dost sən hər an əyləncəyə həyəcana adrenalinə yəni bir sözlə bütün sürprizlərə hazır olmalısan, nece deyərlər,axtardığın hər şeyi inşALLAH ki bu kanalda taparsan.Marağlı gələn hər nə olsa düşünmədən mənə yaza bilərsən,sevə-sevə cavablandıraram. Hamınıza xoş və marağlı izləmələr. Hörmətlə: Sizlərdən biri Köhnə AZƏRBAYCANLI ( Fariz Karimi )
Copyright © 2025 Fariz Karimi. Bütün hüquqlar qorunur.