Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!
Şəxsiyyət psixoloqu, ixtisaslaşma və karyera mütəxəssisiyəm. UNEC, Liverpool, Xəzər, Oxford və Tartu Universitetlərində menecment, təhsil və psixologiya üzrə təhsil almışam. Uzun müddət BP-də, yəni neft sənayesində işləmişəm. Lakin təbiətcə sənaye adamı olmadığı üçün, maraq dairəm əsasən insan və cəmiyyət olduğu üçün 2015-ci ildən təhsil və psixoloji xidmətlər göstərirəm. “WOW School” adlı təhsil mərkəzinin təsisçi direktoruyam. Startap layihəsi olan TİP – Təkmilləşmiş İxtisaslaşma Proqramı adlı rəqəmsal platformanın qurucusuyam. Yay mövsümündə dağ bölgələrində uşaq düşərgələri təşkil edirəm.
"ÇÖZÜM: ən yaxşı özünü yarat" adlı psixoloji (elmi kütləvi) kitabın müəllifiyəm.
Bu platformadan 33% endirimlə aldığınız kitabım, oxumaq istəyib ala bilməyən adamlara çatdırılacaq.
Copyright © 2024 Elçin Həna. Bütün hüquqlar qorunur.
Hi