Ehtiram Qurbanov

Ehtiram Qurbanov

Kopirayter
  • 0 Dəstəkçi
Ehtiram Qurbanov üçün kofe al
Bu mesajı şəxsi edin

Minimum dəstək: 5.00 ₼
Bir dəfəyə max. dəstək 200 ₼40 kofe

Ehtiram Qurbanov
Kopirayter

Əziz dost, xoş gəlmisən səhifəmə! Mən reklam və marketinq kommunikasiyası sahəsində çalışan copywriterəm. Əsas fəaliyyət istiqamətlərim reklam mətnləri, kreativ konseptlər, brend kommunikasiya və content marketingdir.  Peşəkar fəaliyyətim boyunca müxtəlif məhsul və xidmətlər üçün reklam ideyaları, sosial media məzmunları, kampaniya konseptləri və kommunikasiya mətnləri üzərində çalışmışam. Mənim üçün copywriting sadəcə sözləri düzgün sıralamaq deyil. Əsas məqsəd insanların diqqətini çəkən, onlarda emosional reaksiya yaradan və brendlə auditoriya arasında əlaqə quran ideyalar yaratmaqdır. Bu platformada reklam, marketinq, brend strategiyası, istehlakçı davranışı və kreativ kommunikasiya haqqında yazıram. Məqsədim marketinq terminlərini sadəcə izah etmək deyil, onların real reklamlar və brendlər üzərində necə işlədiyini göstərməkdir. Yazılarımda həm nəzəri yanaşmalardan, həm də real brend nümunələrindən istifadə edirəm. Reklamı yalnız biznesin məhsul satmaq vasitəsi kimi deyil, insan psixologiyası, mədəniyyət və yaradıcılığın kəsişdiyi bir sahə kimi araşdırıram.  Hazırda əsas diqqətimi copywriting və reklam sahəsində peşəkarlığımı və kreativ düşüncəmi, bacarıqlarımı brendlər üçün real dəyərə çevirməyə yönəltmişəm. Mənim üçün məqsəd sadəcə yaxşı mətn yazmaq deyil. Məqsəd insanların diqqətini dayandıran, brendin fərqini göstərən və auditoriyada iz buraxan ideyalar yaratmaqdır. Bu hesabda paylaşdığım bütün məqalələr şəxsi araşdırmalarım, peşəkar maraqlarım və reklam-marketinq sahəsindəki müşahidələrim əsasında hazırlanır. Kofe səndən, faydalı məzmun məndən! 😉