ECOM AZ

ECOM AZ

Ecommerce
  • 2 Dəstəkçi
ECOM AZ üçün kofe al
Bu mesajı şəxsi edin
ECOM AZ
Ecommerce

Azərbaycan Eticarət Birliyi 2023-cü ildə ölkəmizin bu sahədə çalışan professionallar tərəfindən qurmuş olduğu unikal biznes platformasıdır. Ölkəmizdə Elektron Ticarət və ekosisteminin inkişafı ilə yanaşı bu sahədə pərakəndəliyin mövcudluğu, bilik və təcrübənin paylaşılmaması, şirkətlər arası əlaqələrin zəif olması, bu birliyin yaranması zərurətini ortaya qoymuşdur.

Azərbaycan Eticarət Birliyi özündə e-ticarət platformaları və sahibkarları ilə yanaşı, bu sahənin ayrılmaz tərkibi olan ödəniş sistemləri, logistika daşıma şirkətləri, loyallıq proqramları, proqram təminatı istehsalçıları, rəqəmsal marketinq və bu sahə ilə bağlı fəaliyyət göstərən qurumlara ehtiva edir.

Məqsədimiz, Azərbaycanın Elektron Ticarət bazarının inkişafına müsbət təsir edərək, bütün bazar oyunçularının faydasını təmin etməkdir. 

Fəaliyyətimiz çərçivəsində elektron ticarət bazarı oyunçularını bir arada toplayaraq, mütəmadi görüşlər, sosial fəaliyyətlər, təlim və tədris proqramları, xidmət və məlumat alış-verişi, yerli və beynəlxalq tədbirlərin təşkili, bazar araşdırmalarının aparılması və hesabatların təqdim edilməsi kimi funksiyaları həyata keçirtməkdir.