Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!
Cəlil Cavanşir 1984-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində dünyaya gəlib.
2001-ci ildə M. F. Axundov adına Oğuz rayon, Xaçmaz kənd 1 saylı orta məktəbini bitirib. 2002–2003-cü illərdə hərbi xidmətdə olub. 2004-cü ildə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin alman dili ixtisasına qəbul olunub və 2008-ci ildə ali təhsilini başa vurub.
Tələbəlik illərindən jurnalistika fəaliyyətinə başlayıb, müxtəlif mətbu orqanlarda çalışıb. "Töhfə", "Türküstan", "Vətəndaş Həmrəyliyi" qəzetləri, "Alatoran", "Molla Nəsrəddin dünyası", "Yurddan səslər", "Pirsultan", "Doqquz iqlim", "Ənvər Paşa" dərgiləri ilə əməkdaşlıq edib.
"Palma" ədəbi-bədii tərcümə jurnalının və "Region xəbər" qəzetinin təsisçisi olub. 2007–2011-ci illərdə folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı ilə birlikdə folklor araşdırmaları ilə məşğul olub, eyni zamanda türk və alman dillərindən bədii tərcümələr edib.
2009-cu ildə doqquziklim.net elektron ədəbiyyat dərgisini təsis edib və 2010-cu ilə qədər həmin dərgiyə rəhbərlik edib.
2010-cu ildə II Nəsimi Ədəbiyyat Müsabiqəsində şeir nominasiyasında II yer tutub.
2010-cu ilin may-noyabr aylarında Azad Azərbaycan Televiziyasında "Azərbaycan sirrləri" adlı tarixi-etnoqrafik layihədə redaktor-ssenarist kimi fəaliyyət göstərib.
2011-ci ilin yanvar ayından "Mərkəz" qəzetində fəaliyyətə başlayıb və qəzetin ədəbiyyat səhifəsini hazırlayıb.
2012-ci ilin mart ayından "Ədalət" və "Gündəlik Teleqraf" qəzetləri və Publika.az xəbər potalı ilə əməkdaşlıq edib, "Publika Art" layihəsində redaktor olaraq çalışıb.
"Qanun" Nəşrlər Evində "Azərbaycan Ədəbiyyatı" şöbəsinin baş redaktoru, "Hədəf" Nəşrlərinin baş redaktoru və tərcüməçisi vəzifəsində işləyib.
2015-ci ilin oktyabr ayından, 2019-cu ilin yanvar ayınadək Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mütəxəsisi vəzifəsində fəaliyyət göstərib.
2012-ci ildən "Qanun" Nəşrlər Evi ilə tərcüməçi və redaktor kimi əməkdaşlıq edir, 2022-ci ildən Qanun Nəşrlər Evinin "Dinlə Kitab" audio-kitab layihəsinin rəhbəridir.
2017-ci ilin fevral ayından "TEAS press" Nəşriyyatı ilə tərcüməçi və redaktor kimi əməkdaşlıq edir.
2020–2022 "Sputnik-Azərbaycan" (www.sputnik.az)ın köşə yazarı kimi fəaliyyət göstərib.
Şeirləri ingilis, alman, özbək, rus və fars dillərinə tərcümə olunub.
Çay olsa zor olardı. Kofe sevmirəm.
Nuş olsun…Cəlil Cavsnşirlə virtual da olsa kofe içmək özü tarixdi❤️
Yaşa, yarat qağa
Bu kofeni mənim vasitəçiliyimlə Lalə xanım aldı. Uğurlar...
Allah arzunuza çatdırsın.
Hər şeyin gözəl olması arzusuyla, uğurlar!
Bu çətin günlər geridə qalsın. Hər şey ürəyincə olsun Cəlil
Yaşamaq üçün həmişə səbəb var!
Bir gün zülmet işığa çevriler,gece gündüze..Siz yeter ki, ümidinizi itirmeyin..
Uğurlar
Heç kim bu dünyada tək deyil
Şair mütləq yaz yarat evini kimsələrə vermərik ora sizindir.
Cəlil Cavanşirə ev olsun
Allah sizi ucaltsın
Uğurlar ,Cəlil bəy!
Hər şey yoluna düşəcək mütləq..
40 yazınızı öz evinizdə keçirmək diləyi ilə
JAGER...)))
Hər shey yaxshiliga dogru
Uğurlar diləyirəm
Copyright © 2024 Cəlil Cavanşir. Bütün hüquqlar qorunur.
Darixma qardaş