Bəyyinə

Bəyyinə

Video yaradıcı
  • 5 Dəstəkçi
Bəyyinə üçün kofe al
Bu mesajı şəxsi edin
Bəyyinə
Video yaradıcı

"Bəyyinə" nədir?

“Bəyyinə” platformasının məqsədi böyükdən kiçiyədək hər kəsimdən olan insanlara milli-mənəvi dəyərlərimizi, həmçinin əcdadlarımızın uzun əsrlər boyu bu torpaqlarda yaşatdığı İslam ruhunu yenidən dirildərək mənəvi şüuru oyandırmaqdan ibarətdir. Həmçinin məqsədimiz bu dinin gözəlliklərini, xüsusiyyətlərini nəsillərin yaddaşına geri qaytarmaq, onun tələblərini, qaydalarını xatırlatmaqdan ibarətdir. Bəyyinənin adı ərəbcədən açıq-aydın dəlil deməkdir. Qurani Kərimin 98-ci surəsi olan “Bəyyinə” surəsindən götürülmüşdür. “Bəyyinə” 2015-ci ildən sosial şəbəkə platformaları və veb sayt üzərindən fəaliyyət göstərməkdədir. Niyyətimiz elmi, mənəvi və başqa bir çox mövzuda yazı, video və vizual qrafika vasitəsi ilə paylaşımlar etməkdir.

"Bəyyinə" kimlərdəndir?

“Bəyyinə” hər hansı bir qrup, camaat, yaxud siyasi görüşə tabe deyil. “Bəyyinə” keyfiyyətli məzmun hazırlayaraq, cəmiyyətin mədəni, mənəvi, insani və əxlaqi inkişafında yol qət etməyi özünə hədəf etmiş bir platformadır. Hər yaşa və kütləyə xitab edərək bütün insanlara faydalı olma prinsipi ilə hazırlanan məzmunlar siyasi mövzulara aid olmamaqla yanaşı, qətiyyən radikalizm, ekstremizm və s. bu kimi ayırıcı və cəmiyyəti zədələyici ünsürlər ehtiva etməməkdədir. Platformamız heç bir qazanc məqsədi güdmür. Heç bir yerdən maliyyə dəstəyi almır. Paylaşılan hər bir material bu işdə könüllü olaraq səy göstərən, heç bir maddiyyat güdməyən könüllülərin əməyinin nəticəsində ərsəyə gəlir.

"Bəyyinə" YouTube kanalı

Youtube kanalımızda bir çox mövzuda İslami videolar paylaşılıb. Azərbaycanda ilk dəfə olaraq İslami podcast Bəyyinə kanalında yayımlanmışdır. Podkastlarımızda müxtəlif mövzularda maraqlı fikir alış-verişi edərək izləyicilərimizə faydalı olmağa çalışırq. Bundan başqa həftəlik mənəvi söhbətlər paylaşırıq.

Kanalda ərəb dili dərsləri, Qurani Kərim təfsiri, Quran ayələrinin izahı, Dua və zikrlərin mənaları, Xoşbəx Ailə üçün tövsiyyələr, İslamın fiqhi mövzularının izahı, Quran möcüzələri, Məhəmməd Peyğəmbərin (s) həyatı və s. mövzulardan ibarət videolar da vardır.

Bundan başqa kanalımızda ingilis, rus və ərəbcədən ana dilimizə tərcümə edilib altyazılı və ya səsləndirilmiş şəkildə videoları izləyə bilərsiniz. Həmçinin günümüzün məşhur dəvətçilərindən olan Nouman Ali Khanın xütbələri və təfsir dərsləri də paylaşılmaqdadır.

Hər hansısa mövzuda təklif və şikayətlərinizi də bizə göndərə bilərsiniz. Təklif və şikayətlərinizi Instagram direktinə, Facebook səhifəmizin inboksuna və ya elektron poçtumuza yaza bilərsiniz.

YouTube: @beyyinetvInstagram: @beyyinetvFacebook: @beyyinetvTelegram: @beyyinetvTikTok: @beyyinetvWhatsApp qrupumuzEmail: [email protected]

Bəyyinə artıq 5 ildən çoxdur ki, Facebook, Instagram və Youtube kimi sosial şəbəkələrdə İslami paylaşımlar hazırlamaqda və paylaşmaqdadır. Bu paylaşımlar qrafik şəkillər və əsasən də videolar şəklindədir. Komanda olaraq son illər əsasən videoların hazırlanmasına köklənmişik. Bundan başqa ölkədə ilk dəfə olaraq İslami podkast yayımlayan platformayıq. Podkastlarımıza YouTube kanalından baxa bilərsiniz.

Maddi dəstəyinizi göstərərək bu kontentləri minlərlə insana çatdırmaqda bizə dəstək ola bilərsiniz..

(!) Nəzərinizə çatdırırıq ki, edəcəyiniz ianələr qətiyyən komandadakı şəxslərin şəxsi istifadələri üçün sərf edilmir. Bütün maddi dəstəklər ancaq paylaşımların daha çox insana çatdırılması üçün ediləcək reklamlara, studiyamızdakı texniki avadanlıqların alınmasına, keyfiyyətli video kontentlər hazırlamaq üçün lazım olan qrafik effektlərin, stok görüntülərin alınmasına sərf ediləcəkdir.

Diqqətiniz üçün təşəkkürlər. Salam və dua ilə..