AzKataloq Onlayn Foro və Sənəd Arxivi

AzKataloq Onlayn Foro və Sənəd Arxivi

Azərbaycanın tarixi foto və sənədlər arxivi
  • 4 Dəstəkçi
AzKataloq Onlayn Foro və Sənəd Arxivi üçün kofe al
Bu mesajı şəxsi edin
AzKataloq Onlayn Foro və Sənəd Arxivi
Azərbaycanın tarixi foto və sənədlər arxivi

«Azkataloq» — Azərbaycan tarixi foto və sənədlərinin onlayn kataloqu Rəsul Həsən tərəfindən yaradılmış layihədir. Layihənin texniki dəstəyi GlobalSoft şirkətinə məxsusdur. Layihənin məqsədi ölkənin foto və sənəd xronikasını yaratmaq, müxtəlif muzey, qalereya, şəxsi arxiv və kolleksiyalarda olan məlumatları vahid platformaya toplamaqdır. Layihə ictimaiyyətin ixtiyarına tamamilə pulsuz formada təqdim edilir.

Əsas işimiz — Azərbaycan tarixinin şəkillər vasitəsilə məşhurlaşdırılması, Azərbaycan foto sənətinin və müxtəlif mənbələrin (foto kolleksiyası və sənəd sahibləri) tanıdılmasıdır — Muzeylər, ictimai arxivlər, qalereyalar, kolleksionerlər, şəxsi arxivlər və s. Yalnız belə olan halda biz öz tariximizlə, doğulub böüyüdümüz yerlə bağlı vizual məlumat ala bilər və onu geniş kütlələrə çatdıra bilərik.

Layihə axtarış üçün geniş imkanlar açır: xronologiya, başlıq (hadisə, şəxs, açar söz), çəkiliş yeri, fotoqrafın adı, mənbə (saxlandığı yer və ya neqativ). Bütün fotolar atribusiyalardan başqa teqlərə də malikdirlər ki, bu da onlar arasında əlaqənin qurulmasına xidmət edir. Saytda yerləşdirilən bütün fotolar istifadəçilərin, tədqiqatçıların, tarixçilərin, ümumiyyətlə istənilən kəsin istifadəsi üçün yüksək keyfiyyətdə yerləşdirilir və təmizlənir.

Layihəylə bağlı təklif, dəstək və şikayətlərinizi [email protected] ünvanına yaza bilərsiniz.