Həvəskar Astronomlar Cəmiyyəti

Həvəskar Astronomlar Cəmiyyəti

Maarifləndirmə, seminarlar, müşahidələr
  • 2 Dəstəkçi
Həvəskar Astronomlar Cəmiyyəti üçün kofe al
Bu mesajı şəxsi edin
Həvəskar Astronomlar Cəmiyyəti
Maarifləndirmə, seminarlar, müşahidələr

«Həvəskar Astronomlar Cəmiyyəti» ictimai birliyi 2021-ci ilin noyabr ayında rəsmi qeydiyyatdan keçmişdir. Lakin bizim həvəskar astronomlar klubu 2009-cu ildən fəaliyyət göstərərək bir çox tədbir, müşahidə, sərgi, seminar və digər kütləvi və elmi tədbirlər keçirmişdir. Klubun üzvləri daim Nərəddin Tusi adına Şamaxı astrofizika Rəsədxanası, Bakı Dövlət Universiteti, Tusi-Bohm Planetariumu, Azərkosmos, Təhsil Nazirliyi və digər qurumlarla birgə bir çox layihə və tədbirlər keçirmişdir.

Azərbaycanın həvəskar astronomlar cəmiyyətinin məqsədi bu sahədə elmi biliklərin artırılması, elmi-kütləvi tədbirlərin təşkili, maarifləndirmə və bu sahədəki elmi yeniliklərin geniş kütləyə çatdırılmasıdır.

  • Kütləvi ictima tədbirlərin keçirilməsi
  • Elmi və Həvəskar müşahidələrin aparılması
  • Elmin populyarlaşması üzrə fəaliyyət
  • Bu sahəyə marağın artması və maarifləndirmə