Altay Ali

Altay Ali

B2B Marketing & Sales
  • 0 Dəstəkçi
Altay Ali üçün kofe al
Bu mesajı şəxsi edin
Altay Ali
B2B Marketing & Sales
Altay Ali haqqında qısa məlumat  Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarə Olunması Ixtisası (Türk Dünyası İşlətmə Fakültəsi) Üzrə Həm Bakalavr, həm də Magistr Dərəcəsini bitirib.  Satış sahəsində iş həyatına 2010-cu ildə BHB reklam agentliyində satış meneceri olaraq başlayıb. Daha sonra Greenlight Media Group, Koroğlu, BİMTEK Mobile Solutions and Marketing, Sumqayıt Texnologiyalar Parkında satış meneceri olaraq fəaliyyətini davam etdirib. 2017-ci ildə isə Alman şirkəti olan BEGO-da regional satış meneceri kimi çalışmağa başlayıb. 2018-ci ildən isə Billur MS şirkətində satış direktoru kimi fəaliyyət göstərib. 2020-ci ildən 2022-ci ilə qədər isə Avstriya şirkəti olan DevHQ da Tech Talent konsultant kimi fəaliyyət göstərib.  Bunlarla yanaşı rəsmi olaraq KOBİA (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) və TKTA (Təhsildə Keyfiyyət Təminatı Agentliyi) - nin satış üzrə təlimçi ekspertidir.  Məşhur alman şirkəti BEGO-nun təşkil etdiyi USP (Unique Sales Points) təlimini 2 dəfə uğurla başa vurub.  Eyni zamanda kiçik və orta sahibkarlıq şirkətlərinə satış və marketing sistemlərinin qurulması və idarə olunması konsaltinq və təlim xidmətlərini göstərməkdədir. Müştərilər arasında FedEx, FORTE, Pierre Cardin, AzeriExpress, Mobil Group, One Smart Star, A Class Supply Chain, Crispa Snacks, DesignOne, OkMedia, UnoLab və digər şirkətlər vardır.  Bundan başqa satışla bağlı Almaniya, Türkiyə və Azərbaycanda keçirilən təlimlərdə uğurla iştirak edib.