Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!
“Alp Ərən” Qədim Türk Döyüş Mədəniyyəti Mərkəzi-nin məqsədi, xalqımızda qədim Türk döyüş mədəniyyətinə maraq yatatmaqdır. Bu səbəbdən, ənənəvi Türk oxçuluğu, atlı oxçuluq, qılınc və nizə döyüşü, atlı güləş və sair növləri idman yönlü inkişaf etdirməyə çalışırıq. Hal hazırda, dövlət dəstəyi olmadığından, bəzi çatışmazlıqlar var. Sizin dəstəyiniz ilə, uşaqların və gənclərin bir araya gəlib ənənəvi növlərlə məşğul olmaları üçün şərait yarada bilərik. Dəstək olan şəxsləri, bir gün bir araya toplayıb Ustad Dərsləri də verməyi planlaşdırırıq. Həmçinin, milli sərvətimiz olan təmiz qan Qarabağ atları ilə də yaxından tanış olub, at minmə imkanını əldə edə biləcəklər.
Öncədən, dəstək olan hər kəsə dərin minnətdarlığımızı bildiririk!
Copyright © 2024 Sain Fərhad Fərmanlı. Bütün hüquqlar qorunur.
Uğurlar olsun