Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Vüsal Səfərli
  • Buz Xokkeyi Dünyanın Ən Çox İzlənilən İdmanı Olmağa Layiqdir
    Vüsal Səfərli
  • 10 Baxış
  • 24.02.2026
  • 6 dəq oxuma

Buz Xokkeyi Dünyanın Ən Çox İzlənilən İdmanı Olmağa Layiqdir

Deməli illərdir mənim buz xokkeyinə olan marağım var. Futbol və basketbol kimi burada da fanatı olduğum komanda mövcuddur. Amma məsələmiz o komanda barədə deyil. Saat fərqi də bir dərd yaradır insana. Ona görə heç oyunlara canlı baxa bilmirəm.

Buz Xokkeyi Dünyanın Ən Çox İzlənilən İdmanı Olmağa Layiqdir

Deməli illərdir mənim buz xokkeyinə olan marağım var. Futbol və basketbol kimi burada da fanatı olduğum komanda mövcuddur. Amma məsələmiz o komanda barədə deyil. Saat fərqi də bir dərd yaradır insana. Ona görə heç oyunlara canlı baxa bilmirəm.

Bu il İtaliyada keçirilən Qış Olimpiya oyunlarında eləmədim tənbəllik oturdum buz xokkeyinə baxdım. Yeni komandaları, oyunçuları və o dinamikanı təcrübədən keçirdim. Finalda ABŞ Kanadanı 2-1 hesabı ilə məğlub edəndən sonra sosial media və ənənəvi mediada dəhşət bir anşlanq yaşandı. Adamlar bir marketinq və PR etdilər ki, o hissi dünyanın dörd tərəfindən izləyənlərə də ötürə bildirlər. Bir az haşiyəyə çıxım.

Əslində ABŞ sonuncu dəfə 1980-ci ilin Qış Olimpiyadasında buzüstü xokkeydə qızıl medalı qazanıb. Aradan 46 il keçib, 46. ABŞ üçün 46 il bundan öncə qazanılan o qızıl medalın çox şirin xatirəsi də var. Həmən qızıl medalı finalda SSRİ komandasını məğlub edərək qazanmışdılar. 46 ildən sonra isə ən əzəli rəqibləri və dünyanın ən güclüsü olan Kanadanı məğlub edərək qızıl medala sahib oldular.

1980 Exhibition Game Ussr V Usa Photograph by B Bennett - Fine Art America

Bunları qoyaq bir qırağa. Sonra oturub qara-qara fikirləşdim ki, əgər bu idman növünü belə gözəl PR etmə bacarığı varsa, bəs niyə dünyada layiq olduğu qədər rəğbət görmür? İllərdir idmanda dominantlıq futboldadır, basketboldadır və s. Çox az eşidərik biz buzüstü xokkeyi. Ancaq məsələ burasındadır ki, xokkeyin futbol və basketbol qədər izlənilməməsi onun maraqlı olmamasında deyil, zəif təbliğatındadır. Əslindı çox güclü və təməli olan bir potensial var, lakin o potensialı təbliğat etmirlər, ya da edə bilmirlər.

Bəs niyə buzüstü xokkey çox izlənilməyə layiqdir?

Soruş gör bir yerdə dayanırlar?

Bu sualı verməkdə məqədim odur ki, adamlar həqiqətən də dayanmırlar. Ekrana elə kilitlənib qalırsan ki, zamanın necə keçdiyini də bilmirsən. Məsələn, futbolda vaxt uzatma kimi məsələlər, top saxlama, paslaşma və s. Kimi gedişlər oyunun tempini aşağı sala bilir, basketbolda fasilələr verilə bilir, lakin buzüstü xokkeydə bundan söhbət belə gedə bilməz. Temp həm yüksəkdir, həm də vaxt uzatma deyə bir gediş də yoxdur. Heç istəmirlər də. Oyunçular vaxt uzatmaq fikrində belə deyil. İldırım kimi ora qaçırlar, bura qaçırlar.

Hockey puck - Wikipedia

Şayba (top = şayba) hansı saniyə müdafiədə qaldı, hansı ara hücumda görüldü bilinmir. Heç şaybanı da görmək mümkün deyil.

Şaybanın dili olsa deyər ki, imkan verin dincələk. Buz üstündə sürətli hərəkətlər edən oyunçular şayba ilə elə incə, elə alicənab hərəkət edirlər, heç deməzsən ki, bu cüssəli adamlar xırda şaybaya necə oynayır. Oyunçular sanki gözünü yummur və ancaq irəliyə oynayır.

Hər idman növündə bu cür intensivlik və təcililik görmək mümkün deyil. Bircə dəfə şaybanı itirdinsə təhlükə qapıdadır.

Üçü birində prinsipi

Yaxın durun görün nə deyirəm. Əgər xokkey üçün bir oyunçu hazırlayırsınızsa, üçü birində prinsipini unutmamalısınız. Həm psixoloji vəziyyətin güclü olması, həm fiziki güclülük, həm də bacarıqlı olmaq burada önəmlidir. Bunlardan biri olmasa xokkey oyunçusu olunmaz. Məsələn, futbolda fiziki güclü olmasanız da müəyyən bacarıqlarınızda öz stilinizdə oyunçu ola bilərsiniz. Ancaq xokkeydə belə bir şey yoxdur. Bu da oyunu daha çəkişməli edir.

Bergeron's late goal lifts Bruins over Canadiens 4-2 - The Globe and Mail

Ümumiyyətlə xokkey texniki bacarıq, stadionda öz yerini tapma bacarığı və elit koordinasiya tələb edir. Eyni zamanda yuxarıda qeyd etdiyim kimi fiziki dözümlülük və aqressiyanın idarə edilməsi də burada lazımi bir faktordur.

Sonda isə əlbəttə ki, sənətkar olmalısan. Sənətkar deyəndə elə bilərsiniz digər sənət sahələrinə maraqlı olmağı nəzərdən tuturam, amma qətiyyən elə deyil.

Buzun üstündə səhvsiz süzmək, iri cüssə və böyük idman geyimi ilə hərəkət etmə, bap-balaca şayba ilə incə davranış və o səsli ortamda psixologiyanı qoruma bacarığı özü-özlüyündə bir sənətkarlıqdır. Çox az idman növü sənətkarlığı və dözümlülüyü bu qədər mükəmməl şəkildə birləşdirir.

Playoff dramaları

Xokkeydə playofflar futboldakı kimi deyil. Evdə və səfərdə bir oyun oynamaqla playoff olmur xokkeydə. Əgər dram istəyiriksə, xokkey komanda oyunları içərisində ən dramatik playofflara sahibdir. Stenli Kuboku (Liqa kuboku) çərçivəsində yeddi seriyadan ibarət oyunlar olur.

Retooling Pittsburgh Penguins add depth to roster, welcome back forward  Evan Rodrigues - ESPN

Bizim məhlə-məhləyə futbollarda olduğu kimi bir hesab qoyulur və o hesaba çatan qazanır. Burada da hesab 7-dir. 7 oyunun nəticəsinə görə kimi daha çox qalib gəlirsə o da növbəti mərhələyə keçir. Lakin hər zaman 7 oyun olmur. Komandalardan hansı 4 oyun qalib gəlirsə o da qazanır. Yəni oyunlar 4-0, 4-1, 4-2, 4-3 kimi bitir. Ümumi oyun hesablarının toplamı 7 olduğu zaman ən çox qalib olan növbəti mərhələyə keçir. Bu da daha çox oyun deməkdir. Qısacası növbəti mərhələyə keçmək üçün 4 dəfə qalib gəlməlisən ki, bu da öz növbəsində daha çox enerji, psixoloji üstünlük və dinamika gərəkdirir. Fanatlar üçün isə bu cənnət kimi bir şeydir. Uzun davam edən mübarizələr daxilində necə-necə hekayələr, dramalar və söz oyunları baş verir.

Məsələ budur ki,...

Xokkeyin ən çox izlənilən idman növü olması lazım olduğunu deyərək futbola və ya digər idman növlərinə hücum etmirəm, nə də pisləyirəm. Sadəcə bu idmanın nə qədər cəlbedici və diqqətə layiq olduğunu bildirirəm. Bəli, dünyada idman ənənələri daha çox futbolda, basketbolda fokuslanır, lakin xokkeyə də məncə bir yer ayıra bilərik. Ölkəmizdə də bunun bir mədəniyyətini (culture) qura bilərik. Çətindir, bahalıdır, ancaq mümkünsüz deyil.

Temp desən var, dözümlülük desən var, drama desən var, tarix desən var və mədəniyyəti (culture) də var. Bəlkə də verdiyim bu sual xokkeyin daha çox diqqətə layiq olub-olmaması ilə bağlı deyil. Söhbət idman dünyasının diqqətdən kənarda qaldığı şeyləri görməyə hazır olub-olmamasından gedir. Bəs sən nə düşünürsən? Xokkeyə şans verməyə hazırsan? 

Digər məqalələr

kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Dəstək
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2026 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.