Ageena Emlak

Bir müddətdir ki, öz biznesimi qurmaq istəyirəm. Bu müddət ərzində təkcə vaxt itirməklə qalmadım, eyni zamanda maddi çətinliklərlə üzləşdim və yorucu dövrlər keçirdim. Lakin qısa bir fasilədən sonra yenidən öz biznesimi qurmaq üçün mübarizəyə başlayıram.


401 baxış
31.03.2025
1 dəq oxuma

Ageena Əmlak – tamamilə onlayn fəaliyyət göstərən bir əmlak platforması olacaq. Bu sistem həm turistlərə, həm də yerli vətəndaşlara rahat və sürətli xidmət təklif edəcək. Əlbəttə, bu sahədə müxtəlif layihələr mövcuddur, lakin mən tam onlayn şəkildə, yalnız proqramlar vasitəsilə asan istifadəyə malik olan bir əmlak platformasına rast gəlmədim.

21 yaşım var və hər gün ölkəmizdə nələrin çatışmadığını, hansı sahələrdə yeniliklər edilə biləcəyini düşünürəm. Fərqli sahələrdə bir çox ideyalarım var. Bütün çətinliklərə baxmayaraq, bu yolun sonunda uğura gedən pillələri bir-bir qalxmağa davam edirəm.