Başlıq: Kim Güclüdür? nağılı | Nağıllar | Azərbaycan nağılları Müəllif: Şifahi xalq ədəbiyyatıSəsləndirmə: UlduzluyolAnimasiya : @Ulduzluyol
Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / Nağıl / Hekayə / Öyrədici / Oyrədici / Usaq kanali / Uşaq kanalı / Kim Guzludur?Etiketlər: nağıl, nağıllar, nagil, nagillar Azərbaycan dilində nağıllar, Azerbaycan dilinde nagillar, öyrədici uşaq kanalı, oyredici usaq kanalı, Мультфильмы на азербайджанском языке, Поучительные мультфильмы на Азербайджанском языке, Azerbaijani fairy tales, Azerbaijani animated films for children, çizgi film, cizgi film, Azerbaycan masalları, Azərbaycan nağılları, qurbağa, çəyirtkə, köstəbək, tülkü, şir, ovçu
“Kim güclüdür” nağılı
Biri vardı, biri yoxdu, bir çəyirtkə vardı. O hələ çox balaca olduğundan, çox uzağa uça bilmirdi və tez yorulurdu. Bir dəfə o uçdu, uçdu, tez də yoruldu. Gölməçənin üstünə düşmüş bir yarpağa qondu ki, həm dincəlsin, həm də su içsin. Bu vaxt bir qurbağa hoppanıb onu tutdu. Çəyirtkə hay-küy saldı:
– Burax məni, susamışam, su içirəm!
Qurbağa dedi:
– Buraxım səni, sonra ac qalım?
Çəyirtkə dedi:
– Kim acsa məni yeməlidir?
Qurbağa dedi:
– O biriliəri bilmirəm, mən səni yeməliyəm!
Çəyirtkə dedi:
– Dəlisən, məni niyə yeyirsən?
Qurbağa dedi:
– Dəli deyiləm, qayda belədir. Güclü gücsüzü yeməlidir!
Çəyirtkə dedi:
– Belə çıxır hamıdan güclü sənsən?
Qurbağa dedi:
– Elədir, hamıdan güclü mənəm!
Qurbağa çəyirtkəni torbasına saldı ki, aparıb yesin. Qurbağa bilmirdi ki, köstəbək ona qulaq asır. Söhbətin bu yerində köstəbək dözə bilmədli, Qurbağanı ayağından tutdu. Qurbağa quruldadı:
– Qurr, qurrr…., buraxın məni…..:
Qurbağa Köstəbəyi güclə tanıdı:
– Köstəbək, a köstəbək, yalvarıram, burax çıxım gedim, yemə məni, nə olar?
– Bəs bayaqdan çəyirtkənin yanında lovğalanırsan ki, meşədə hamıdan güclüsən, bəs nə oldu? Hanı sənin gücün?
– Səhv eləmişəm, ən güclü mən deyiləm, sənsən!
Köstəbək güldü. Qurbağanın sözləri ona ləzzət elədi:
– Bir daha de! Bərkdən de!
Qurbağa daha da bərkdən quruldadı:
– Qurrr, qurrrr, eşidin bilin, meşədə ən güclü heyvan Köstəbəkdir!
Köstəbək elə ürəkdən güldü ki, gülməkdən xırda gözləri bir az da balacalaşdı. Gözlərini tam açanda isə gördü ki, qarşısında bir tülkü dayanıb. Tülkü bir əlini belinə qoymuş, digər əlində isə torba tutmuşdu. O, gözlərini hiyləgərcəsinə qıyıb dedi:
– Eşitdim, demisən meşənin ən güclüsü sənsən, düzdü?
Köstəbək başa düşdü ki, axır günləridir.
Amma can şirindi deyə, bir yol axtardı ki, tülküdən canı qurtarsın:
– Mən demədim hamıdan güclü mənəm, onu qurbağa deyirdi.
– Sən isə ona bir dəfə demədin ki, səndən də güclüsü var? Adı da Tülkü lələdir?
– Bu əlbəttə elədir, meşədə ən ağıllı, ən güclü Tülkü lələdir!
– Onda durma, acam, özün gir torbaya, aparım səni yeyim!
Köstəbək qaçanda Tülkü onu tutub torbaya saldı və yuvasına apardı. Az getdi, çox getdi, yolda şirə rast gəldi. Şir dedi:
– Hara gedirsən, niyə gedirsən? Nə aparırsan, hara aparırsan?
Tülkü qorxdu ki, şikarı əlindən çıxa, yalan danışdı:
– Yuvamı təmir eləyirəm, ona görə qum daşıyıram!
Şir inandı. Getmək istəyəndə torbadan “qurrrr” səsi eşidib qəzəbləndi. Onu hirsləndirən isə hələ heç vaxt şirin əlindən sağ qurtarmayıb. Şir bir nərə çəkib Tülkünün üstünə cumdu ki, onu parçalasın.
Bu vaxt hardansa bir ovçu peyda oldu və dartışan şirlə tülkünü nişan aldı. Xoşbəxtlikdən ovçu mahir ovçu deyildi. Güllə heç bir heyvana dəymədi. Hərə bir tərəfə qaçdı. Tülkü qorxudan əlindəki torbanı yerə atdı. Çəyirtkə, qurbağa və köstəbək torbadan çıxıb qaçdılar. Çəyirtkə çox qorxsa da, başa düşdü ki, ən güclü kimdir…