Başlıq: Göyərçin və qarışqa nağılı | Nağıllar | Azərbaycan xalq nağılları
Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / Nağıl / Hekayə / Öyrədici / Oyrədici / Usaq kanali / Uşaq kanalı / Goyerchin ve qarishqa / Gpyercin ve qarisqaEtiketlər: Azerbaycan sesli nagillar, nagil, guzgu nagili, dovsan ve guzgu, ayna nagili, ayna, nagillar alemi, usaqlar ucun, ushaqlar ucun nagillar, nağıl, nağıllar, nagil, nagillar Azərbaycan dilində nağıllar, Azerbaycan dilinde nagillar, öyrədici uşaq kanalı, oyredici usaq kanalı, Azerbaycan masalları, Azərbaycan nağılları, #goyercin #qarishqa #usaqalemi #uşaqlarüçün #uşaqvideoları #uşaqkanalı #nağıllar #nagillaralemi #azerbaijanfairytales #azerbaycannagillari
Göyərçin və qarışqa nağılı
Biri varmış, biri yoxmuş. Meşə Göyərçini bir yaz günü çay qırağına su içməyə getmişdi. Gördü ki, suya bir Qarışqa düşüb çapalayır. Göyərçin tez Qarışqanın köməyinə gəldi. Dimdiyinə bir yarpaq alıb suya atdı. Amma yarpaq Qarışqadan xeyli uzağa düşdü. Çayın axarı Qarışqanı xeyli uzağa apardı. Bu dəfə Göyərçin caynağına çöp alıb onu suya atdı. Qarışqa tez çöpə dırmaşdı. Beləliklə, o ölümdən qurtardı. Sahilə çıxanda Qarışqa Göyərçinə dedi:
-Məni ölümdən qurtardın. Bir gün olar, mən də sənə kömək edərəm.
Göyərçin Qarışqanın sözünə güldü:
-Sən çox balacasan... mənə necə kömək edəcəksən?
Göyərçin bunu deyib, uçub getdi.
Həmin vaxtdan xeyli keçmişdi. Göyərçin ağacın başında yuvasında rahatca yatmışdı. Bir ovçu onu çoxdan güdürmüş. Ovçu kolların arxasında gizlənmişdi. O, Göyərçini ovlamaq istəyirdi. Göyərçini yatdığı yerdən götürmək istədi. Ayaq barmağının ucunda ağaca yaxınlaşdı.Bunu görən Qarışqa ovçunun üstünə dırmaşdı. Yavaş-yavaş boynuna doğru qalxdı. Ovçu tüfəngini qaldıranda Qarışqa onun boynundan bərk dişlədi.
Ovçu tətiyi çəksə də, Göyərçini vura bilmədi. Tüfəngin səsinə Göyərçin oyandı. Qarışqanı gördü, dedi:
-Çox sağ ol, dost. Yaxşılığa yaxşılıq deyiblər.