Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Tekst Media
  • Həssas mövzulara yanaşma, jurnalist məsuliyyəti və etik prinsiplər
    Tekst Media
  • 322 Görüntüleme
  • 15.02.2024
  • 4 dk. okuma

Həssas mövzulara yanaşma, jurnalist məsuliyyəti və etik prinsiplər

Media sosial dinamikalara təsir etmə gücündədir. Ötən gün Bakıda baş verən qətl hadisəsi bir daha göstərdi ki, media dili və həssas mövzulara yanaşma diqqətə alınmır. Reytinqlərdə birinci olmaq, xəbəri hər kəsdən tez çatdırmaq və hadisə ilə bağlı istənilən informasiyanın xəbər edilməsi media quruluşlarının fərdi və sosial psixologiyanı nəzərə almadığını göstərdi. Gündəmdən geri qalmamaq üçün hadisə ilə bağlı hər bir informasiya dəqiqləşdirmə edilmədən, ən həssas məqamları ilə oxucuya və izləyiciyə təqdim edildi.

Həssas mövzulara yanaşma, jurnalist məsuliyyəti və etik prinsiplər

Media həssas mövzulara necə yanaşmalıdır?

Həssas mövzular işlənərkən oxucu və izləyicilərin emosional və psixoloji sağlamlığı nəzərə alınmalıdır. Xüsusilə, zorakılıq və travmatik hadisələri işıqlandırarkən foto, video, başlıq, xəbərdəki bütün sözlərin seçilməsinə qədər hər detal diqqətlə nəzərdən keçirilməlidir.

Con Stüart Mill media azadlığının sağlam cəmiyyət üçün həyati əhəmiyyətə sahib olduğunu deyir. Bununla belə, azadlıqdan istifadə edərkən sosial məsuliyyətin də diqqətdən kənarda qalmamalı olduğunu bildirir.

Burada məsuliyyət balansı gözlənilməlidir. Xəbəri çatdırmaq qədər onu necə çatdırmaq da önəmlidir. Xəbərləri çatdırarkən bunlar nəzərə alınmalıdır:

Duyğusal təsirlər: Həssas mövzuların media tərəfindən daha da dramatizə edilməsi və ya şişirdilməsi fərdlərdə duyğusal reaksiyalara yol aça bilər.

Sosial qavrayış və münasibət: Stereotipik və ya aldadıcı təqdimetmələr fərdlərin digər qruplara və ya sosial məsələlərə qarşı qərəzli münasibətinə səbəb ola bilər.

Davranışlara təsiretmə: Media bəzi hallarda fərdlərin davranışlarına da təsir edə bilər.

Psixoloq və sosioloq Albert Brandua sosial öyrənmə nəzəriyyəsi ilə medianın fərdlərin davranışlarına təsir edə biləcəyini irəli sürüb. Bu nəzəriyyəyə görə, insanlar ətraflarında gördükləri davranışları modelləyərək öyrənirlər və media da buna təsir göstərə bilər. Şiddət xəbərləri bəzi fərdlər üçün model ola bilər.

“Report” informasiya agentliyinin ötən gün yaydığı görüntü çox qısa müddətə hər yerdə yayıldı. Buna peşəkar yanaşma və tənqidi düşüncə ilə birlikdə, sosial məsuliyyət, əxlaqi çərçivə və sosial öyrənmə nəzəriyyəsindən baxaq. Bir nəfərin qorxulu görüntüləri heç bir xəbərdarlıq etmədən (hətta xəbərdarlıq olsaydı belə, əxlaqi deyil) minlərlə adama göstərməyi heç bir əxlaqi çərçivəyə sığmır. Dövlət qurumlarının bununla bağlı açıqlaması görüntünün saytdan silinməsi ilə nəticələnir. Ancaq internet mürəkkəblə yazılır.

İndi bu görüntülər internetdə hər yerdədir. İzləmək istəməyən insanın da qarşısına çıxır. Bu görüntüləri yayan jurnalistin peşə etikasından anlayışı olmaya bilər, amma ən azından minlərlə adamın qarşısında məsuliyyət daşıdığını bilməlidir. Bu, hər bir müxbirə rəhbərlik tərəfindən bildirilməlidir. Bu mövzuya sosial öyrənmə nəzəriyyəsi çərçivəsindən baxsaq, bu görüntülərin təsiri daha aydın görünər.

Media sosial normaları və dəyərləri dəyişdirə bilər. Xüsusilə, gənclər üçün medianın göstərdiyi davranışlar cəmiyyətin qəbul etdiyi davranış normaları olaraq qavranıla bilər. Biz bunu müxtəlif “YouTube” kanallarında görə bilirik. Şiddət, qabalıq, həbsxana həyatı kimi qəbuledilməz şeylər cəmiyyətə nümunə kimi təqdim olunur. Bu nümunələr isə yeniyetmələr və gənclər tərəfindən qəbul edilir.

Media qurumlarının yuxarıda sözügedən qətl hadisəsini işıqlandırarkən yol verdiyi səhvlər:

1. Cinayəti təsvir edən şəkillərin işlənməsi. 2. Mənasız xəbərlərə yer verilməsi.3. Cinayətin detalları ilə bağlı dəqiqləşdirilməmiş məlumatların verilməsi.4. Həssaslığa toxunmaq.5. Məhkəmə qərarının gözlənilməməsi.

Media qurumları və onların əməkdaşları həssas mövzuları işıqlandırarkən etik standartlara riayət etməli, yuxarıda qeyd olunmuş 5 bənddəki səhvləri etməməlidirlər. Xəbərlərin dəqiqliyi, etibarlılığı və qərəzsizliyi qorunmalıdır. Dəqiq məlumat ötürülməsi, həssaslıq, hörmət və humanist yanaşma mediaya bu məsuliyyəti ən yaxşı şəkildə yerinə yetirməyə imkan verir. Həssas mövzuları işıqlandırarkən diqqətli olmaq, oxucuların və izləyicilərin emosional və psixoloji sağlamlığını qorumaq media qurumlarının və onların əməkdaşlarının əsas vəzifəsidir.

“Tekst”, 15.02.2024

Diğer yazılar

Bolşevik inqilabında iştirak edən, Bakıda mitinqdə çıxış edən amerikalı jurnalist

Bolşevik inqilabında iştirak e

  • 383 Görüntüleme
  • 29.02.2024
  • 3 dk. okuma
Amerikalı jurnalist Con Rid (John Reed) ABŞ Kommunist Partiyasının qurucularından biri olub və solçu siyasi hərəkatlarda mühüm rol oynayıb. Hətta Azər ...
Herkes
Daha fazla bilgi
Sokratdan bu günə ifadə azadlığı

Sokratdan bu günə ifadə azadlı

  • 353 Görüntüleme
  • 20.02.2024
  • 4 dk. okuma
Afina demokratiyası bizə məlum olan ilk inkişaf etmiş demokratiyadır. İfadə azadlığının tarixinə baxdıqda da Afinada istifadə olunan iki prinsipi görü ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2025, bir BONPARA projesi. Tüm hakları saklıdır.