Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Tekst Media
  • Bolşevik inqilabında iştirak edən, Bakıda mitinqdə çıxış edən amerikalı jurnalist
    Tekst Media
  • 384 Görüntüleme
  • 29.02.2024
  • 3 dk. okuma

Bolşevik inqilabında iştirak edən, Bakıda mitinqdə çıxış edən amerikalı jurnalist

Amerikalı jurnalist Con Rid (John Reed) ABŞ Kommunist Partiyasının qurucularından biri olub və solçu siyasi hərəkatlarda mühüm rol oynayıb. Hətta Azərbaycanın bolşeviklər tərəfindən işğalı zamanı Azərbaycanda olub, mitinqlərdə çıxış edib, bolşevik işğalından qısa müddət sonra yenidən Bakıya gəlib. O, 1917-ci il bolşevik inqilabına şahidlik edib və inqilabdan bəhs edən “Dünyanı lərzəyə gətirən on gün” kitabını qələmə alıb. O, təkcə inqilabın şahidi deyildi, həm də coşqun dəstəkçisi idi.

Bolşevik inqilabında iştirak edən, Bakıda mitinqdə çıxış edən amerikalı jurnalist

Rid jurnalist olmağa qərar verəndə Linkoln Steffensdən dəstək aldı. Steffensin tövsiyəsi ilə Rid "The American Magazine"də işləməyə başladı. Gənc jurnalistin sosial problemlərə ciddi marağı Steffens və İda Tarbelin təsiri ilə yaranmışdı. Ancaq Rid onlardan fərqli olaraq daha radikal siyasi mövqeyə keçdi. 1913-cü ildə Maks İstmanın redaktoru olduğu “The Masses” jurnalının heyətinə qatıldı. Rid bu sosialist nəşrə 50-dən çox məqalə, şərh və qısa yazılar təqdim etdi.

O, 1913-cü ildə Nyu-Cersi ştatının Paterson şəhərində Nyu-Cersi ipək fabrikində tətilçilər adından danışmağa cəhd etdiyi üçün həbs olundu. Bu hadisə onu daha da radikallaşdırdı.

1916-cı ildə feminist yazıçı və özü kimi jurnalist olan Luiza Brayntla ailə həyatı qurur. Cütlük Rusiya inqilabını, bolşevikləri dəstəkləyir, müttəfiqlərin inqilaba müdaxiləsini pisləyirdi.

C.Rid Birinci Dünya müharibəsini izləmək üçün Avropaya göndəriləndə antimüharibə mövqeyinə görə müharibə haqqında çox yazmır və bolşevik inqilabı dövründə Rusiyaya yollanır. Burada Rid bolşevikləri dəstəkləyir və gördüklərini qələmə alır. O, həyat yoldaşı Luiza Brayntla Kerenski hökumətinin qərargahı sayılan və bolşeviklərin qələbəsinin simvolu olan Qış Sarayının ələ keçirilməsində də iştirak edib.

1918-ci ilin aprelində Rid və Braynt Rusiyadakı inqilab haqqında öz hesabatlarını yazmaq üçün ABŞ-yə qayıtmağa qərar verdilər. Ancaq Rid Finlandiyadan keçmək istəyərkən pasportu olmadığı üçün həbs edildi. Bir müddət burada həbsdə qaldıqdan sonra nəhayət ABŞ-yə çatanda yenə həbs edildi və topladığı materiallar əlindən alındı. Nəhayət, materiallar geri qaytarılanda o, Rusiyada gördüklərini “Dünyanı lərzəyə gətirən on gün” kitabında əks etdirdi. Həmin vaxt Ridlə rastlaşan bir dostu onun haqqında yazmışdı: “Arıq, qırxılmamış, yağlı üz dərili, azacıq kartofa bənzəyən üzündə yuxusuz yarı-çılğın görünüş...”

1919-cu ilin oktyabrında Ridin Amerikada inqilabi sosializmi dəstəklədiyinə işarə etdiyi dinləmələrdən sonra ittihamlarla üzləşən Rid saxta pasportla ABŞ-dən qaçdı və sonuncu dəfə Rusiyaya getdi. Ancaq gördükləri onun bütün xəyallarını və idealını alt-üst etdi. Siyasi terror, senzura, ölkənin açıq-aşkar dağılmasını görən Ridin inqilabi sosializmə olan inamı zəiflədi. O, inqilabçıların ruslara göstərdiyi hədsiz hörməti pisləyirdi. Ridin məyusluğu 1920-ci ildə Bakıda şərq xalqlarının I qurultayında iştirak etmək üçün Bakıya göndərildikdə daha da artdı. Baxmayaraq ki, o daha əvvəl də Azərbaycana gəlmiş, hətta Naxçıvanda və Bakıda bolşeviklərin təşkil etdiyi mitinqdə çıxış etmişdi. Bu dəfə Karl Radek və Qriqori Zinovyevin qurultay zamanı təhdidkar ritorikası Ridin xoşuna gəlməmişdi və onların zorakılığını pisləyirdi. Rid bu qurultaya qatılmaq istəmirdi. O bunu dilə gətirdikdə Q.Zinovyev ona demişdi: “Komitern qərar verib. İtaət et!”

Bakıya səfər tif xəstəliyi və vətəndaş müharibəsi nəticəsində xarabazara çevrilmiş kəndlərin içi ilə 5 gün çəkdi. Bakıda olarkən həyat yoldaşının Moskvada olduğunu öyrənir və ora qayıdır. Son 8 ayda xeyli yaşlanmışdı. Rid həyat yoldaşına son 8 ayda baş verənləri danışa bilir və Braynt bunu qələmə alır.Con Rid böyük məyusluq yaşamışdı, onun xəyal etdiyi bu deyildi və ABŞ-yə qayıtmağa qərar vermişdi. Lakin xəstəliyə yoluxduğu üzə çıxdı. Əvvəlcə qripə yoluxduğu güman edilirdi, beş gün sonra tif diaqnozu ilə xəstəxanaya yerləşdirildi. Braynt bütün vaxtını onunla keçirirdi. Con Rid 1920-ci il oktyabrın 17-də Moskvada vəfat etdi. Onun məzarı Kreml divarı nekropolundadır.

Gülay Orucova

“Tekst”, 29.02.2024

Diğer yazılar

Sokratdan bu günə ifadə azadlığı

Sokratdan bu günə ifadə azadlı

  • 353 Görüntüleme
  • 20.02.2024
  • 4 dk. okuma
Afina demokratiyası bizə məlum olan ilk inkişaf etmiş demokratiyadır. İfadə azadlığının tarixinə baxdıqda da Afinada istifadə olunan iki prinsipi görü ...
Herkes
Daha fazla bilgi
Həssas mövzulara yanaşma, jurnalist məsuliyyəti və etik prinsiplər

Həssas mövzulara yanaşma, jurn

  • 322 Görüntüleme
  • 15.02.2024
  • 4 dk. okuma
Media sosial dinamikalara təsir etmə gücündədir. Ötən gün Bakıda baş verən qətl hadisəsi bir daha göstərdi ki, media dili və həssas mövzulara yanaşma ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2025, bir BONPARA projesi. Tüm hakları saklıdır.