Qelbin ateshi

İnsan qəlbini hərarətə gətirən onun qəlbindəki qığılcımlardan çıxan atəşin istiliyidir. Bütün böyük yanğınlar ən kiçik qığılcımlardan çıxır elə. Bu təbiətdə də belədir insan qəlbində dı. O qığılcımı ya qığılcım ikən söndürüb atəşi məhv etməli, ya da sönməyə qoymayıb o atəşin istisinə qızınmalıdır insan.


245 baxış
30.11.2025
1 dəq oxuma

Qəlbində sevginin hərarəti olduğu
zaman, içərisinə bürüyən o isti çöldəki şaxtadan zövq almağa yetir. Səni isidən bir sevgi olduğu üçün
Dostoyevki demiş o tərəfdə qiyamət
də qopsa səni üşütmür. Xoşbəxtlik də
belədir. Insanın düşüncəsində
xoşbəxtlik mövhumu olduğu zaman
proseslər də onu xoşbəxt edir, hətta
çöldə tufan olsa belə. Musiqi həm
simli, həm də dilli alətlərdə kifayət
qədər heyrətamiz səslənən "Qəlb
atəşi" bəstəsidir. Qəlbinizdə o hərarət olduğu müddətdə çöldəki heç bir çovğun sizi dondura bilməz, amma diqqət edin ki, o hərarət sizin zonaya aid olmayan buzları əritməsi. Yoxsa əriyib selə dönən o buzlar çiçək bağçalarınızı da  dyuyub aparar.

Zamanla əkdiyiniz ağacların da, güllərin də böyüməsi, çiçək açması  üçün bir hərarətə, bir istiliyə ehtiyacı var. Amma o istilik  lazımından artıq olunca da toxumları və kökləri yandırır. Bu münasibətlərdə də belədi. Çalışın qəlbinizdə hər zaman bir sevgi atəşi olsun, amma qədərində. Nə qəlbinizdə Zemheri şaxtasında dondurun, nə də Cəhənnəm atəşindən yandırın. Hər zaman gözəl bir eşqin alovu ilə isinin.