Evlənməyin izahı

Qadının kişiyə evlənməli olduqlarını izah etməsi


360 baxış
15.09.2025
1 dəq oxuma

Bəzən bir qadın bir kişiyə  evlənməli olduqlarını  izah edib başa sala bilmək üşün başqa bir kişi ilə evlənməli olur.
Nə qədər deyilsə də ki, kişilər sadə dildən başa düşür, onlar sadəcə düz məntiqi qavraya bilir bəzən isə dolayı yolla başa düşürlər. Məsələn sevdikləri qadınla evlənməli olduqlarını o qadın başqa kişi ilə evləndikdən sonra anlayırlar. Issız adam kimi. Hər kişinin həyatında Sara xatunu, Nigarı, Həcəri, Leylisi, Şirini olmaz amma mütləq bir Təhminəsi olar. Və hər kişi də ömrünün bir dönəmində Zaur olar. 
Gün gələr Əsmər qayıdar. Amma Oktay yenə də başa düşməz ki, Əsmər Oktay o zaman Əsmər ondan "Mənə nəsə demək istəmirsən?" Deyə soruşduğunda heç nə demədiyi üçün çıxıb getmişdi. Bəzən kişilər həqiqətən də heç nə başa düşməzlər. Yalnız yaşlanıb xatirələri ilə tək qalanda bütün həyatlarını səhv meladiyaya rəqs etdiklərini anlarlar. Bu isə nə keçmişi qaytarmaz, nə də indini  xoşbəxt etməz.
Qadın kişinin düşündüyü qədər çox şey istəmir əslində, düşünə bilmədiyi qədər az şey istəyir.