Bir kucenin hekayəsi

Hər küçənin öz hekayəsi var. Bəzi küçələr hekayələri yaşadar, bəzi küçələrdə hekayələr sona çatar. Bəzi küçələri də biz hekayələrimizdə yaradarıq. Vardır hər kəsin tinindən döndüyü, başqa səmtə burulduğu bir küçəsi.


389 baxış
26.08.2025
1 dəq oxuma

Bir küçədə sevdiyiniz bir insan
yaşadığı zaman o küçə sizin üçün
artıq başqa bir dünya olur. O küçədən keçdiyin zaman hər tərəfə
boylanarsan. Yanında söhbət edilən
zaman o küçədən söz açılsa ürək
döyüntün artar. Orada olmadığını
bildiyin halda belə gedib gəzərsən
oraları. Bir təsəlli olar onun nə vaxtsa
oturduğu oturacaqda oturmaq, 
pəncərəsinə tərəf baxmaq. Ta o
zamana qədər ki, övladı ilə parkda
oynamasını görməyə dözməyəcək
üçün ayaqların səni ora aparmasın.
Halbuki şəhərin başqa bir tərəfində
gəzdiyin halda bir də baxirdin ki, onun məhəlləsində bir ağaca söykənib pəncərəsinə baxırsan, bəlkə siqaret çəkmə üçün pəncərənin önünə gələr
deyə. Sonra nə ayaqlarını hiss
edərsən, nə də vücudunu. Yanağını
yandıran göz yaşın süzülüb sinəndə
buza dönər.