SELF-STUDY NƏDİR? NİYƏ İNGİLİS DİLİNİ SELF-STUDY EDƏRƏK ÖYRƏNMƏLİYİK?
Günümüzdə olduqca geniş yayılan self-study (öz-özünə öyrənmə) heç bir imtahana və ya kurikuluma bağlı olmadan tək başına edilən öyrənmə növüdür. İnternetin həyatımızın ayrılmaz bir hissəsi olması ilə bərabər bu öyrənmə metodu ənənəvi təhsildən daha sürətli, məhsuldar olması və hər mühitdə tətbiq edilməsi rahat olduğu üçün çox insanın marağını özünə cəlb etmişdir.
21-ci əsrdə yaxşı bir kariyeraya sahib olmaq üçün multidissiplinar (bir neçə sahə ilə məşğul olan) bir insan olmaq böyük önəmə malikdir. Bu səbəbdən sizlər məktəbdə, universitetdə verilən təhsildən əlavə öz səyinizlə də yeni şeylər öyrənərək üfüqlərinizi genişləndirməlisiniz. Bu sizə həm dünya görüşü, həm də daha yaxşı iş imkanları yaradacaqdır.
Self-study ilə təhsil öyrəşdiyimiz sinif otaqları ilə məhdudlaşmır. Bir çox tədqiqatçılar ənənəvi sinif modelinin artıq köhnəldiyini və hal-hazırda bu modelin insanların intellektual ehtiyaclarını qarşılamadığını düşünür.
Bəs self-study etmək üçün sizə nə lazımdır?
Self-study metodu ilə işləmək üçün sizə lazım olan tək şey internet bağlantısıdır.
İnternetdən istifadə edərək siz harada olmağınızdan asılı olmayaraq bütün onlayn resurlara (mənbələrə) giriş imkanı əldə edirsiniz. Müasir dünyamızda bir çox insan onlayn kurslardan əldə etdiyi biliklər sayəsində kariyerasında ciddi uğurlara imza atmışdır. Bu ingilis dili üçün də keçərlidir.
Bəs self-study edərək İngilis dilini öyrənə bilərikmi? Yoxsa mütləq şəkildə kurslara üz tutmalıyıq?
Əgər siz dili akademik məqsədlər üçün deyil, sadəcə gündəlik danışıq və ünsiyyət bacarıqlarınızı inkişaf etdirmək məqsədi ilə öyrənmək istəyirsinizsə self-study bunun üçün ən əlverişli yoldur.
Self-study üsulu həm maddi, həm də mənəvi (psixoloji) olaraq daha uyğun bir yanaşmadır.
Telegram qrupumuzda (üzərinə klikləyərək qrupa daxil ola bilərsiniz) sizlərə təqdim etdiyim həftəlik öyrənmə planı self-study'nin bariz nümunəsidir. Bu proqramın digər ənənəvi metodlardan fərqi ondan ibarətdir ki, burada heç bir məkan limiti yoxdur. Siz evdə, gəzintidə olarkən, yemək yeyərkən, ictimai nəqliyyatdan istifadə edərkən və s. kimi günlük fəaliyyətləriniz sırasında bu planla məşğul ola bilərsiniz.
Self-study ilə işləyərkən önəmli məqamlardan biri də mentor (bələdçi) köməyidir.
Mentorun əsas funksiyası sizi düzgün material və proqram ilə təmin etmək, sizə mənəvi (psixoloji) dəstək olmaq və səlis ingilis dili öyrənmə yolunda sizlərə bələdçilik etməkdir. Bizim Telegram qrupumuzda da mənim işim sizlərlə material, proqram və dil öyrənmə haqqında (metodoloji və psixoloji) məlumatlar paylaşmaq, sizin üzərinizə düşən öhdəlik isə bu proqramı izləyərək müntəzəm qrafiklə işləməkdir.
"Self-study"-nin üstünlükləri
- Limitsiz zamana sahibsiniz
- Səviyyə imtahanlarına görə narahatçılıq yoxdur
- Qiymətləndirmə olmadığına görə stress və gərginlik də yoxdur
- Başınızın üstündə müəllim yoxdur
- Maddi cəhətdən daha əlverişlidir
- Sadəcə evdə masa arxasında deyil, hər yerdə (ictimai nəqliyyatda, gəzərkən, yemək yeyərkən və s.) self-study ilə məşğul ola bilərsiniz.
Nəyinki ingilis dilində həyatınızın bütün sahələrində uğurlu olmaq üçün self-study'ni həyatınızın və öyrənmə prosesinizin ayrılmaz parçasına çevirin.
Növbəti yazılarımda sizlərlə ingilis dilini öyrənmək üçün lazım olan 7 əsas qızıl qaydaları bir-bir paylaşacağam. İndi isə sizlərə hələlik deyirəm!
Məqalə sizin üçün faydalı oldusa mənə bir kofe almağı unutmayın :) Bu da sizi faydalandırmağa sərf etdiyim zamanın qiymətləndirilməsi olsun.
© RUSLAN ASLANOV