İngiliscə öyrənmək nə qədər zamanımızı alar?
Bu sualla demək olar ki, hər gün qarşılaşıram və işin əsli odur ki, bunun dəqiq bir cavabı yoxdur. İngilis dili öyrənmək bir çox amilə bağlı olaraq dəyişir və hər şeydən əvvəl aşağıdakı sualların cavabını bilməlisiniz:
Niyə ingiliscə öyrənmək istəyirsiniz? Həqiqətən istədiyiniz üçün yoxsa öyrənmək məcburiyyətində olduğunuz üçün? Bu suallar çox vacibdir çünki cavabları çox uzun vədədə (zaman fasiləsində) böyük fərq yaradır.
Həqiqətən öyrənmək istəyən, irəlilədiyində (inkişaf etdiyində) xoşbəxt olan və davamlı olaraq özünü inkişaf etdirmək istəyən bir insan, ingiliscə öyrənməyi işə girmək və ya uğurlu karyeraya sahib olmaq üçün "aşılması lazım olan" bir əngəl olaraq görən insanla müqayisədə daha sürətli öyrənəcəkdir.
Vacib olan şey hansı kitabı oxuduğunuz, hansı metodu tətbiq etdiyiniz və ya hansı serialı (filmi) izləməli olduğunuz deyil. Hansını etmək sizi daha çox xoşbəxt edirsə onu etməlisiniz. 2 həftə boyunca gündə 4 saat işləyib sonra yarıda buraxmaqdansa, bir il boyunca hər gün 30 dəqiqə işləmək daha faydalıdır.
Eyni şəkildə 2 həftə sonra işləməyi yarımçıq buraxacağınız çox effektiv bir metoddansa uzun vədəli olaraq davam etdirə biləcəyiniz metodla irəliləməniz daha məqsədə uyğundur. İngiliscə öyrənmədəki ən vacib faktorlardan biri motivasiyadır. Motivasiyanız yüksək olarsa və hər gün ingilis dilinizi inkişaf etdirməkdə istəkli olsanız daha sürətli öyrənəcəksiniz.
Önəmli olan başqa bir faktor ingilis dilinin fərqli bir sistem olduğunun fərqinə varıb bunu olduğu kimi qəbul etməkdir. Hər cümlə azərbaycan dilində olduğu kimi qurulmayacaq.
Dilimizdə bir çox cümlə ingilis dilinə görə tərs bir düzülüşə sahibdir. Azərbaycan dilində çox zaman vacib məlumatı əvvəlcə deyirik (məs: Heç vaxt sınmayan stəkan). Amma ingiliscədə vacib məlumat çox zaman daha sonra gəlir və azərbaycan dilindən fərqli olaraq cümlə tərsinə qurulur. (məs: Heç vaxt sınmayan bir stəkan - A glass that never breaks = Stəkan hansı ki, heç vaxt sınmır.).
Və ya "Heç kim kola istəmir" cümləsi ingilis dilində "No one wants coke" (azərbaycan dilindən fərqli olaraq "Heç kim kola istəyir") şəklində deyilir.
İlk başlarda bu sizə qəribə gələ bilər, hətta "nə axmaq bir dildir" deyə bilərsiniz. Amma bu şəkildə düşünməyiniz sizi hədəfinizə yaxınlaşdırmayacaq. Kimə görə gülünc səslənir? Bizim qurduğumuz cümlə tərzləri də azərbaycanca öyrənmək istəyən bir amerikalıya gülünc gələcəkdir.
Bu qəribə səslənir…Öz-özünüzə "bu gülünc deyil, sadəcə fərqli bir sistemdir" deməyiniz uzun vədədə çox böyük fərq yaradacaq.
İngilis dilini "gülünc" olaraq görmək ona nifrət etməyinizə səbəb ola bilər və bu mütləq şəkildə öyrənmə zamanınızı artıracaqdır. Daha da pisi bu öyrənməyi tamamilə buraxmağınıza səbəb ola bilər.
Yeni bir dili sürətli şəkildə öyrənənlər yuxarıda başa saldığım müsbət düşüncələri mənimsəyib öyrənməyə çalışdığı dili həqiqətən öyrənmək istəyənlərdir.
Qısacası ingilis dili öyrənməyin nə qədər zaman alacağı adamına və onun dilə münasibətinə görə dəyişir. Əgər ingiliscə öyrənmək sizi xoşbəxt edirsə, onu istədiyiniz başqa bir şeyi əldə etmək yolunda bir əngəl (maneə) olaraq görmürsünüzsə və mütəmadi olaraq öyrənməyə zaman ayıra bilirsinizsə adi bir insandan çox daha sürətli öyrənəcəksiniz.
Digər tərəfdən ingilis dili öyrənmək sizi xoşbəxt etmirsə, onu karyera və ya başqa bir şey əldə etmək üçün bir məcburiyyət olaraq görürsünüzsə və öyrənmə motivasiyanız aşağıdırsa öyrənmək daha uzun zamanınızı alacaqdır.
İngilis dili öyrənmə zamanı ilə əlaqədar deyəcəklərim hələlik bu qədərdir.
İndi isə sizə sizə sürpriz haqqında danışım.
Sürpriz olaraq sizlərə danışığın inkişafı üçün özümün də işlədiyim ingilis dili self-study paketini təklif edirəm.
Self-study paketi haqqında qısa məlumat:
Sizinlə paylaşacağım self-study paketindəki bütün materiallar ana dili ingiliscə olan müəllif tərəfindən səsləndirilmişdir. Paket Amerika mədəniyyətini və o mühiti əks etdirən mövzuları özündə birləşdirən hekayələrdən təşkil olunmuşdur. Dərslər dinləmə əsaslıdır. Hər dərs paketində eyni mövzuya aid 4-5 dərs olur və bunu bir həftə boyunca işləyirsiniz.Telegram qrupumda sizinlə pulsuz olaraq paylaşdığım planda "listen and repeat" yəni "dinlə və təkrar et" sistemi ilə irəliləyirsiniz. Bu paketdə isə əlavə olaraq "listen and answer" yəni "dinlə və cavab ver" formatında sual-cavab əsaslı dərslərlə işləyəcəksiniz. Bu dərslərlə işləmək üçün ən az Pre-Intermediate səviyyəsində olmalısınız. Yəni oxuduğunuzu 70-80% başa düşməlisiniz. Əks halda paketlə işləmək sizə çətin gələ bilər. Self-study etmək istəyənlərlə hər həftə 1 dərs seti paylaşıram. Dərs seti, dərslərin tipi və işləmə planı haqqında ətraflı şəkildə həm azərbaycan həm də ingilis dillərində sizinlə məlumat paylaşılacaq.
Paketi endirimli qiymətlə əldə etmək istəyənlər mənə kofe aldıqdan sonra Telegram-dan müraciət edə bilər. (Username: @RUSLAN_LINGUIST)
Məqalə sizin üçün faydalı oldusa mənə bir kofe ☕ almağı unutmayın :) Bu da sizi faydalandırmağa sərf etdiyim zamanın qiymətləndirilməsi olsun.
Tezliklə görüşənədək :) Özünüzə yaxşı baxın.